2 mindən çox maaşa usta axtarılır
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda yüksək maaş qarşılığında usta axtarılır.
Ölkə.Az-ın xəbərinə görə, bu barədə elan saytlarından birində məlumat yerləşdirilib.
Qeyd edilir ki, kişi armaturçu-qaynaqçıya ehtiyac var və əməyi müqabilində 2400 manat ödəniş ediləcək.
Şərtlərə gəldikdə isə qaynaqçılıq bacarıqları və armatür karkaslarının bağlanması üzrə təcrübə tələb olunur, texniki çertyojları oxuma bacarığı üstünlük sayılır.
İş yeri Ukraynanın Kiyev vilayəti, Obuxov şəhərində yerləşir. Müqavilə müddəti 1 il, sınaq müddəti isə 1 aydır.
Elanda digər məlumatlarla yanaşı bildirilir ki, məzuniyyət, yaşayış yeri olsa da, qidalanma, həmçinin aviabilet ödənişi nəzərdə tutulmayıb. İş və yaşayış icazəsi rəsmiləşdirilir.
Elanı Nikita Nemyatıy ad-soyadlı şəxs verib.
Baxış sayı:101
Bu xəbər 24 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















