Icma.az
close
up
RU
2 türk dövlətində qadağan edildi: Azərbaycanda tətbiq olunsa qiymət artacaq

2 türk dövlətində qadağan edildi: Azərbaycanda tətbiq olunsa qiymət artacaq

Icma.az, Olke.az saytına istinadən bildirir.

Türkiyənin restoran biznesində mühşüm yenilik var. Məlumata görə, Türkiyə hökuməti restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır.

Qeyd edək ki, Qırğızıstanda da artıq kafe və restoranlarda xidmət haqqı ayrıca yazılmayacaq. Nazirlər Kabinetinin yeni qərarına görə, bütün xərclər menyuda və ya qiymət siyahısında göstərilən qiymətə daxil edilməlidir.

Bəs, Azərbaycanda da bu addım mümkündürmü?

Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu məsələyə dövlətin müdaxiləsi düzgün olmayan bir addımdır:

"İqtisadiyyatın nəbzinə sərt müdaxilə deməkdir. Çünki sahibkar xidmət haqqı tətbiq etmədiyi halda nə edəcək? O, həmin xidmət haqqını birbaşa məhsulların qiymətinə əlavə edəcəkdir. Yəni restoranda oturub sudan çörəyə, digər qida məhsullarına qədər, hansı ki, beş-altı adda, üç adda və ya on adda məhsuldan istifadə edirik, həmin xidmət haqqı məhsulların üzərinə paylanacaq. Dəyişən heç nə olmayacaq. Bunu başa düşmək vacibdir. Bu, bazar rəqabətidir və buna müdaxilə etmək arzuolunan və doğru deyil. Müdaxilə ediləcək, tənzimlənməli çox şey var". 

İqtisadçı Xalid Kərimli də qeyd edib ki, servis haqqı götürüləcək deyə qiymətlər artırılacaq:

"Yəni Azərbaycanda hər hansı bir dəyişiklik gözlənilmir. Çünki restoran qiymətlərinin və şərtlərinin müəyyənləşdirilməsi restorana aiddir. Restoran sadəcə bunu əvvəlcədən müştəriyə elan etməli, menyuda açıq şəkildə göstərməlidir ki, müştəri rahat görə bilsin.

Müştəri razıdırsa, proses başlayır; razı deyilsə, həmin restorandan istifadə etməmək hüququ var. Bizdə dəyişiklərin hər hansı birinin olacağı gözlənilmir. Ölkəmizin qanunvericiliyi kifayət qədər proqressivdir: həm müştərinin aldadılmasının qarşısını alır, həm də restoran sektorunun normal fəaliyyəti üçün imkan yaradır.

Əvvəllər servis haqqı yox idi, o zaman qiymətin üstünə əlavə edilirdi. Müştəri narahatdırsa, həmin restorana getməmək ən böyük sanksiyadır. Əsas nüans odur ki, müştəri əvvəlcədən servis haqqının olduğunu görsün və öz seçimini edə bilsin: ya restoranda oturub servis haqqını ödəsin, ya da evdə öz şəraitində qidalansın".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see128

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see124

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see124

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri