Icma.az
close
up
RU
20 bəndlik sülh planı: Ukrayna üçün ciddi risklər ŞƏRH

20 bəndlik sülh planı: Ukrayna üçün ciddi risklər ŞƏRH

Icma.az bildirir, Bakupost portalına istinadən.


“Ukrayna üçün iki ən vacib məqam sənəddə daha məqbul şərtlərlə əksini tapsa da, risklər mövcuddur”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, birincisi, təhlükəsizlik zəmanətini ABŞ, NATO və Avropa 5-ci maddəyə əsasən verir:

“Rusiya hücum edərsə, Qərb prosesə müdaxilə edəcək; Rusiya və Ukrayna arasında qeyd-şərtsiz hücum etməmək paktı imzalanacaq, təmas xəttində də monitorinq mexanizmi yaradılacaq ki, bu da Moskvanın yenidən hücum etmək planlarının qarşısını alır; Təhlükəsizlik zəmanətlərinə digər ölkələr də qoşula bilər; Rusiya Avropa və Ukraynaya təcavüz etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək;

İkincisi, ərazi məsələsində Rusiyanın tələbi qəbul olunmur, əvəzində iki versiya irəli sürülür.

a) Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərində qoşunların nəzarət etdiyi ərazilər faktiki təmas xətti kimi qəbul olunur, lakin bunun üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı, Xarkov vilayətlərindən qoşunlarını çıxarmalıdır;

b) ABŞ Rusiyanın “Ukrayna Donetsk vilayətindən çıxsın” tələbində kompramis təklif edir: Ukrayna qoşunları ərazini tərk edir, lakin bura Rusiyaya verilmir, azad iqtisadi zona yaradılır”.

A.Nərimanlının sözlərinə görə, iki strateji məsələdəki razılaşmanın Ukrayna üçün müsbət və mənfi tərəfləri var:

“Müsbət tərəflər: Ukrayna Rusiyanın gələcək hücumları qarşısında təhlükəsizlik zəmanətləri əldə edir və Moskvanın “Donetskdən çıxma” tələbi qəbul olunmur; ABŞ-ın təklif etdiyi “azad iqtisadi zona”nın qəbulu üçün də referendum keçirilməlidir ki, bu Kiyevə mövqeyindən geri çəkilməmək imkanı yaradır;

Mənfi tərəflər: təhlükəsizlik zəmanətlərinin praktiki müstəvidə işləyəcəyi, yaxud necə işləyəcəyi bəlli deyil; sənəddə Rusiyanın hücum etməmək öhdəliyi analoji olaraq, Ukraynaya da şamil edilir və bu, Kiyevin gələcəkdə işğal altındakı ərazilərini güc yolu ilə azad etmək imkanını sıradan çıxarır; “Ərazi tənzimləmələri barədə razılığa gəldikdən sonra Rusiya və Ukrayna bunu güc yolu ilə dəyişdirməmək öhdəliyi götürür” qeydi bunu daha da gücləndirir;

Nəticə etibarilə, müharibə Ukrayna əraziləri hesabına dondurulmuş münaqişə ilə başa çatır. Sənəddə təsdiqlənən “Ukraynanın suverenliyi” əraziləri üzərində praktiki müstəvidə mövcud olmur”.

A.Nərimanlı vurğulayıb ki, Ukrayna üçün mənfi tərəflər bununla yekunlaşmır:

“ Sənəddə qeyd olunur ki, “sülh dövründə Ukrayna ordusunun sayı 800 min nəfərdən artıq olmamalıdır”: bu, ilk versiyada əksini tapan 600 min nəfərdən daha çoxdur və müharibə dövrünə şamil edilmir; lakin Ukraynanın orduda canlı qüvvənin sayı ilə bağlı öhdəliyi suveren hüququndan məhrum olmaq deməkdir;

Zaporojye Atom Elektrik Stansiyası: Vaşinqton təklif edir ki, “AES ABŞ, Ukrayna və Rusiya tərəfindən birgə idarə edilsin”, Kiyev qəbul etmir və ABŞ-la birgə “50+50” idarəetməni təklif edir; hərçənd qeyd olunur ki, “ABŞ nəzarət edəcəyi 50 faiz hissənin bölüşdürülməsində müstəqildir”; bu o deməkdir ki, Vaşinqton Moskvaya da pay verə bilər;

Ukrayna “dini tolerantlıq və azlıqların dillərinin qorunması ilə bağlı Avropa İttifaqının qaydalarını” tətbiq etmək öhdəliyi götürür – Rus Pravoslav Kilsəsinin fəaliyyətinə imkan yaratmalı, rus dilini qorumalıdır: Kiyev praktikada bunu gerçəkləşdirməyə də bilər, lakin belə bir öhdəlik Moskva üçün üstünlük yaradır;

Ukraynanın əsas qazancı Avropa İttifaqına üzvlük, iqtisadi dəstək və ölkənin bərpası olacaq.

Kiyevin qəbul etdiyi plana Moskvanın “hə” deyəcəyi çətin görünür. Planın ilk variantından fərqli olaraq, mövcud sənəd Rusiyanın istəklərinə tam cavab vermir.

1. Sənəddə “NATO-nun genişlənməməsi” ilə bağlı heç bir qeyd yoxdur;

2. Ukraynanın “neytral status” məsələsi əks olunmayıb;

3. Moskvanın nəinki istədiyi “Ukrayna qoşunlarının Donbasdan çıxarılması” tələbi qəbul olunmur, əksinə Rusiya qoşunlarının geri çəkilməsi qeyd olunur;

Hərçənd, Rusiyanın “20 bəndlik plandan” imtina etmək imkanları da zəifdir, xüsusilə “razılaşmayan tərəf” kimi yenidən ABŞ-ın hədəfinə çevrilməsi və Vaşinqtonla danışıqların “sıfırlanması” riskləri fonunda. Moskvanın NATO, “neytral status”, sanksiyaların ləğvi kimi istəklərinin nəzərə alınması qarşılığında ərazilər məsələsində “azad ticarət zona”nın yaradılması ilə razılaşması da mümkün variantlardan biri kimi görünür. Tramp Putini buna inandırmağa çalışacaq. Putin isə əsas tələblərini qəbul etdirmək məqsədilə 20 bəndlik plana cavabı müəyyən müddətə qədər uzadaraq, həm pərdəarxası danışıqlarda ABŞ-ın mövqeyinə təsir etmək, həm də cəbhədə irəliləmək istiqamətində hərəkət edə bilər”.

Yasəmən,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Dekabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri