Icma.az
close
up
RU
20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar

20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Fransada yaşayan 59 yaşlı Lorans Van Vassenhovo 20 il ərzində maaş almasına baxmayaraq, iş yerində ona heç bir vəzifə, tapşırıq verilmədiyini bildirərək telekommunikasiya nəhəngi Orange şirkətini məhkəməyə verib. Qadın bu vəziyyətin onu “məcburi fəaliyyətsizlik” vəziyyətinə saldığını, sosial təcrid və ağır depressiyaya səbəb olduğunu iddia edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Lorans 1993-cü ildə, o vaxt France Télécom adlanan şirkətə böyük ambisiyalarla qoşulub.

Onda epilepsiya və bədənin yalnız bir tərəfini iflic edən hemiplejiya diaqnozu qoyulduqdan sonra, o, daha oturaq işə, katib vəzifəsinə keçirilib.

2002-ci ildə başqa işə köçürülmək üçün müraciət edən Lorans tibbi yoxlamadan sonra həmin vəzifəyə yararsız hesab edilib və “rezerv” siyahısına daxil edilib. O vaxtdan etibarən ona nə yeni iş yeri, nə də peşəkar fəaliyyət imkanı verilib.

“Bəli, mənə maaş verirdilər. Amma mənə elə davranırdılar ki, guya mövcud deyiləm”, – deyə qadın bildirib. Onun sözlərinə görə, illər ərzində dəfələrlə təlim, vəzifə dəyişikliyi və dəstək istəsə də, nəticə olmayıb. 2015-ci ildə hökumətə və Anti-diskriminasiya üzrə Ali Şuraya şikayət etdikdən sonra da vəziyyət dəyişməyib.

Fransa əmək qanunvericiliyinə görə, işəgötürən sağlamlıq səbəbindən əvvəlki vəzifəsini icra edə bilməyən əməkdaş üçün uyğun alternativ iş tapmaq üçün real səylər göstərməlidir. Lorans isə Orange şirkətinin bu öhdəliyi yerinə yetirmədiyini və onun uzunmüddətli fəaliyyətsizliyinin diskriminasiya olduğunu bildirir.

Qadının vəkili Devid Nabet-Martin də bildirib ki, işəgötürən uzun illər ərzində iş şəraitini təmin etməyib və bu, Fransanın əmək qanunlarına görə diskriminasiya sayılır.

Orange isə qadının “fərdi sosial vəziyyətini nəzərə aldıqlarını” və ən yaxşı şəraiti yaratdıqlarını iddia edib. Şirkət onun üçün yeni vəzifə imkanlarını nəzərdən keçirdiyini, lakin tez-tez xəstəlik məzuniyyətində olduğu üçün bu prosesin baş tutmadığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri