20 il Rusiyadan Ermənistana, oradan da Qarabağa gizli silah daşınıb Siyahı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində Rusiyadan gizli üsullarla Ermənistana, oradan isə Ermənistanın hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərinə gətirilən silahların siyahısı açıqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Bakıda separatçıların keçirilən məhkəməsində məlumat verilib.
Qeyd olunub ki, bu silahlar Azərbaycan ərazilərində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirilməklə ölkəmizə qarşı təcavüzkar müharibədə istifadə edilib.
Söhbət “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raket, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özüyeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarəolunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardan gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Fevral 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















