20 illik aviaşirkət bağlanır: Sərnişinlərin bilet pulu...
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sinqapur mərkəzli aviaşirkət "Jetstar Asia" iyulun 31-də fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət bağlandıqdan sonra sərnişinlərə tam məbləğdə bilet pulu geri qaytarılacaq.
Yenisabah.az xəbər verir ki, "Qantas" şirkətlər qrupuna daxil olan "Jetstar Asia" bu qərarı tədarükçü xərclərinin 200 faizə qədər artması, hava limanı rüsumlarının yüksəkliyi və regiondakı kəskin rəqabət səbəbilə qəbul etdiyini bildirib.
Şirkətin bağlanması ilə 500-dən artıq əməkdaş işdən azad ediləcək.
Açıqlamaya görə, bəzi reyslər "Qantas Group"a daxil olan digər aviaşirkətlərə ötürülə bilər. "Jetstar Asia" qarşıdakı 7 həftə ərzində uçuşları tədricən azaldacaq və sərnişinlərlə birbaşa əlaqə saxlanılacaq.
Qeyd edək ki, 20 ildir fəaliyyət göstərən şirkət bu maliyyə ilində 35 milyon Avstraliya dolları zərər proqnozlaşdırırdı.
Rəvan Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 İyun 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















