“20 illik jurnalistika təcrübəmdə beləsi olmamışdı”
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“20 illik jurnalistika təcrübəmdə çox kuryoz hadisə yaşamışam, amma beləsi olmamışdı”.
Yeniavaz.com xəbər verir ki, bunu tanınmış idman jurnalisti Anar Xanlarov sosial şəbəkə hesabında yazıb.
Jurnalistin yazısını olduğu kimi təqdim edirik:
“Bakının nəqliyyat və yol infrastrukturu bunu da yaşatdı. Məlumat üçün deyim ki, İdman TV-nin öz studiyasında təmir getdiyi üçün verilişlər müvəqqəti olaraq bulvar ərazisində, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası”nın binasında çəkilir. Sumqayıtdan da ora maksimum 2 saata çox rahat çatmaq olar. Mən yarım saat da tez çıxdım, çünki Nurlan Hacıyev demişdi ki, tıxac olur, nəzərə al. Sən demə, qarşıda başqa sürpriz var imiş.
Plan belə idi ki, “20 Yanvar”dan metro ilə “Nizami”yə, oradan avtobusla “28 May”a, oradan da “5 nömrə” ilə “Bayraq meydanı”na. Di gəl ki, “Qış parkı”nda tıxaca düşdük. Özü də nəyi var. Bəlkə də Milli Bankın qabağına qədər uzanırdı. Gördüm, mümkün deyil, avtobusdan düşüb kəsə yolla “Tarqovı”ya, oradan da “Kukla teatrı”na çıxdım. Ki, “5 nömrə” ilə, uzaq başı, taksi ilə saat 21:00-a kimi çəkiliş yerinə çatım.
Amma “Kukla teatrı”na çatanda məlum oldu ki, üzü Bayıl istiqamətinə nəinki avtobus, heç taksi də işləmir, yollar bağlıdır. Saat da 20:40. Mənim ayaqla 20 dəqiqəyə Avarçəkmə Federasiyasına çatmağım mümkün deyildi. Fikirləşdim, ən yaxşı halda verilişin yarısına çatıb, ilk reklam fasiləsində efirə qoşularam.
Yarı qaçaraq, yarı yeriyərək, 21:25-də özümü çəkiliş yerinə çatdırmışam, tər-suyun içində. Amma təəssüf ki, məhz tər-su içində olduğum üçün çəkiliş heyəti efirə qoşulmağı məqbul saymayıb. Əynimdəki köynək tamamilə su içində olduğu üçün efirdən çox pis görünəcəkdi.
Axırda belə qərar verildi ki, mən, ümumiyyətlə, çəkilişə qoşulmayım və ikinci hissə də mənsiz getsin. Beləliklə, Sumqayıtdan vur get bulvara, verilişin ikinci hissəsinə kənardan bax, qayıt geri.
Buna görə, dünən efirdə ola bilməmişəm. Statusa görə də hər kəsdən üzr istəyirəm. Kimsə sırf mənim fikirlərimi dinləmək, izləmək üçün ekran qarşısına keçibsə, haqqını halal eləsin!”
Bu mövzuda digər xəbərlər:Saldanyadan sonra beləsi olmamışdı
11 Noyabr 2024 12:48
Bayraktardan İLK: dünyada beləsi olmamışdı
30 Noyabr 2025 12:23
Qərb dünyası parçalanır: beləsi olmamışdı Vuçiç
25 Yanvar 2026 20:24
Mbappe Platininin rekordunu qırdı Hələ beləsi olmamışdı
11 Mart 2025 13:34
Azərbaycanda FƏLAKƏT: Hələ beləsi olmamışdı ŞOK GÖRÜNTÜLƏR
24 May 2026 23:29
Baxış sayı:86
Bu xəbər 22 Sentyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















