20 milyon hindli Avropaya göndərilir? Rusiyanı sevindirən razılaşma
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında uzun illər davam edən danışıqlardan sonra geniş ticarət sazişi imzalanıb. Bu müqavilə yalnız məhsul ixracı və tariflərin azaldılması ilə məhdudlaşmır, həm də xidmətlər, investisiyalar və intelektual mülkiyyət sahələrini əhatə edir.
Bəzi ekspertlərin iddiasına görə, bu sazişə əsasən 20 milyon hindli Aİ-yə daxil olacaq və Avropa dağılacaq.
Avropa İttifaqı ilə Hindistan arasında imzalanan geniş ticarət müqaviləsinin beynəlxalq əhəmiyyəti nədən ibarətdir? Hindistan Avropanı “dağıdır”, yoxsa bu iddiaların arxasında iqtisadi və geosiyasi motivlər dayanır?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Avropa İttifaqı ilə Hindistan arasında imzalanan geniş ticarət müqaviləsi təkcə iqtisadi deyil, həm də geosiyasi bir addımdır:
“Bu saziş Aİ ilə Hindistan arasında tariflərin azaldılmasını, xidmətlər və investisiyaların sərbəst hərəkətini nəzərdə tutur. Nəticədə dünya bazarında iki nəhəng iqtisadiyyatın bir-birinə daha sıx inteqrasiyası təmin edilir. Müqavilə Aİ üçün Çin və ABŞ asılılığını azaldaraq alternativ ticarət kanalı yaradır, Hindistan üçün isə ixrac bazarını genişləndirir və beynəlxalq iqtisadi mövqeyini möhkəmləndirir.
Sazişin 20 milyon hindlinin Aİ-yə daxil olmasına və Avropanın sürətlə dağılmasına səbəb olacağına dair iddialar da yayılıb. Lakin bu barədə hər hansı dəqiq məlumat yoxdur. təsdiqlənmir. Azad ticarət sazişləri insanların sərbəst hərəkətini deyil, məhsul və xidmətlərin sərbəst ticarətini təmin edir. Miqrasiya hüququ milli və Aİ qanunları ilə tənzimlənir, müqavilə bu hüquqa birbaşa təsir göstərmir”.
Kənan Novruzov
Siyasi şərhçi bildirib ki, sazişin arxasında geosiyasi və strateji hesablamalar dayanır:
“ABŞ uzun müddətdir Aİ-nin iqtisadi və siyasi mövqeyini zəiflətməkdən fayda götürməyə çalışır və Avropanın təbii zəifləməsi fonunda Hindistanla belə bir sazişin təşviqi, bu prosesə əlavə təkan verir. Digər tərəfdən, Rusiya da bu müqavilədən qismən faydalana bilər. Avropanın bazarları Hindistanla sıxlaşdıqca və Asiya ilə ticarət kanalları genişləndikcə, regionun iqtisadi təsir dairəsinin dəyişməsi, Rusiya üçün öz enerji və resurs ixracı strategiyalarında yeni imkanlar açır.
Bu proses həm də Avropanın iqtisadi modelinin dəyişməsinə, qlobal ticarət əlaqələrinin diversifikasiyasına və geosiyasi mövqelərin yenidən paylanmasına səbəb olur. Hindistanla Aİ-nin yaxınlaşması Avropanın strateji müstəqilliyini qismən gücləndirə bilər, amma eyni zamanda daxili iqtisadi və siyasi strukturlar üzərində yeni təzyiqlər də yaradır. Bu baxımdan saziş həm imkan, həm də risk daşıyır; Avropa iqtisadi baxımdan genişlənməyi hədəfləsə də, geosiyasi balansda müəyyən zəifləmələr qaçılmaz görünür”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















