Icma.az
close
up
RU
20 min əcnəbi Rusiyadan deportasiya edilir

20 min əcnəbi Rusiyadan deportasiya edilir

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Qanunsuz 2024” əməliyyatı çərçivəsində 20 min əcnəbi Rusiyadan çıxarılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

Volk bildirib ki, əməliyyat çərçivəsində miqrasiya qanunvericiliyinin 106 mindən çox pozuntusu müəyyən edilib və 20 min inzibati qaydada qovulma və deportasiya haqqında qərar qəbul olunub.

Bundan başqa, tədbirlər zamanı qanunsuz miqrasiyanın təşkili ilə bağlı dörd mindən çox cinayət işi başlanıb.

Həmçinin digər cinayətlər, o cümlədən dövlət sərhədini qanunsuz keçmə, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 684 cinayət işi başlanıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya Daxili İşlər Nazirliyi bir sıra qurumlarla birgə hər il bu tədbiri keçirir.

“Qanunsuz 2024” əməliyyatı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, o cümlədən bu sahədə fəaliyyət göstərən beynəlxalq və regionlararası əlaqələri olan mütəşəkkil qrupların və cinayətkar birliklərin fəaliyyətinin qarşısının alınması məqsədi ilə həyata keçirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see228

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see215

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see190

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see183

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see168

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see148

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see146

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see144

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see142

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri