Icma.az
close
up
RU
20 Noyabr Ağdam Şəhəri Günü: tarixin sınaqlarından zəfərə aparan yol

20 Noyabr Ağdam Şəhəri Günü: tarixin sınaqlarından zəfərə aparan yol

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ağdam şəhəri Azərbaycanın ən qədim yaşayış yerlərindən biri kimi tarix boyu mühüm strateji, mədəni və iqtisadi əhəmiyyət daşıyıb və bu əhəmiyyət onu həm xalqın yaddaşında, həm də dövlətçilik tariximizdə xüsusi bir yerə çevirib. Ağdamın qədimliyini göstərən arxeoloji tapıntılar, burada formalaşmış kənd təsərrüfatı ənənələri, şəhərin Qarabağ bölgəsində ticarət yollarına nəzarəti və mədəni həyatın mərkəzlərindən biri olması onun taleyinin heç də təsadüfi olmadığını göstərir. 20 Noyabrın Ağdam Şəhəri Günü kimi qeyd olunması isə həm tarixi ədalətin bərpasının rəmzidir, həm də Azərbaycan xalqının yenilməzliyinin, iradəsinin və birliyinin təcəssümüdür. Bu gün Ağdamın işğaldan azad edilməsinin yalnız hərbi qələbə deyil, həm də milli qürur, dövlət qüdrəti və tarixi dönməzlik göstəricisi olduğuna dair ən parlaq simvol kimi yaşamaqdadır.

Ağdam şəhəri 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqda, təkcə torpaq yox, həm də böyük bir mədəniyyət mərkəzi dağıdıldı. Dünyaca məşhur Ağdam Çörək Muzeyinin yandırılması, Pənahəli xanın tikdirdiyi tarixi binaların viran qoyulması, şəhərin planlı şəkildə yerlə-yeksan edilməsi bəşəriyyətə yönəlmiş vandalizmin bariz nümunəsi idi. Lakin xalqımız heç vaxt bu torpaqlardan, bu mədəni irsdən və bu tarixdən vaz keçmədi. Ağdamın azad olunacağına olan inam hər bir azərbaycanlının qəlbində yaşayırdı və bu inam 2020-ci ilin 20 noyabrında gerçəyə çevrildi. Prezident İlham Əliyevin dəmir iradəsi, Müzəffər Ordumuzun şücaəti və xalq-dövlət birliyi nəticəsində Ağdam döyüşsüz qaytarıldı və bu, Azərbaycanın diplomatik, siyasi və hərbi gücünün tarixi göstəricisi kimi yaddaşlara həkk olundu.

Bu gün Ağdamda gedən geniş quruculuq işləri şəhərin yenidən dirçəlişinə verilən böyük dövlət dəstəyini əks etdirir. Şəhərin baş planı hazırlanarkən Ağdam “ağıllı şəhər” konsepsiyası ilə layihələndirildi və müasir şəhərsalmanın bütün trendləri nəzərə alındı. Burada yeni yollar, körpülər, enerji xətləri, su-kanalizasiya sistemləri, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri sürətlə inşa edilir. Prezident İlham Əliyevin Ağdama səfərləri, tarixi binaların bərpasına start verilməsi, Şahbulaq qalasının, İmarət kompleksinin, Çörək Muzeyinin və digər mədəniyyət nümunələrinin restavrasiyası şəhərin mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ağdamın yenidən qurulması təkcə fiziki bərpa deyil, həm də mənəvi dirçəlişdir. Bu şəhərin qayıdışı Qarabağın tam təhlükəsizliyə qovuşmasının bir parçasıdır və xalqın ən böyük arzularından birinin gerçəkləşməsi deməkdir. Burada salınan “Ağdam Sənaye Parkı” regionun iqtisadi inkişafına böyük töhfə verəcək, yeni iş yerləri yaradacaq və əhalinin geri qayıdışını sürətləndirəcək. Şəhərin mədəni həyatının dirçəldilməsi üçün festivallar, idman yarışları və digər tədbirlər planlaşdırılır ki, bu da Ağdamın bir zamanlar olduğu kimi, yenidən Qarabağın ən dinamik mərkəzlərindən biri olacağına sübutdur.

20 Noyabr – Ağdam Şəhəri Günü artıq hər il xüsusi təntənə ilə qeyd olunur, bu gün həm qəhrəmanlıq tarixini xatırladır, həm də xalqın birliyinin möhtəşəm rəmzinə çevrilir. Bu tarix həm də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dərin ehtiramın təcəssümüdür. Ağdamın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda dönüş nöqtəsi oldu və xalqımız bu qələbəni indi müstəqil, qüdrətli və qalib bir dövlət kimi qürurla qeyd edir.

Bu gün Ağdamın küçələrində salınan yeni parklar, tikilən müasir binalar, abadlaşdırılan yol infrastrukturu və doğma şəhərini böyük sevgi ilə qarşılayan sakinlərin sevinci Qarabağın gələcəyinin nə qədər parlaq olacağına şahidlik edir. Ağdamın dirçəlişi Azərbaycanın gücünün, dövlət siyasətinin ardıcıllığının və xalqın birliyinin təntənəsidir. Hər il 20 Noyabrda bu şəhərin yenidən doğuluşunun qeyd edilməsi həm keçmişə ehtiram, həm bu günə qürur, həm də gələcəyə böyük ümiddir. Ağdam təkcə bir şəhər deyil – o, Azərbaycanın döyüş ruhunun, yenilməzliyinin, mədəniyyətinin və tarixinin simvoludur.

Ərşad Hüseynov,

YAP Mədəniyyət ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri