Icma.az
close
up
RU
“20 Noyabr Ağdamın yenidən doğuluşunu simvolizə edən gün“ Pərvanə Vəliyeva

“20 Noyabr Ağdamın yenidən doğuluşunu simvolizə edən gün“ Pərvanə Vəliyeva

Icma.az bildirir, Moderator.az portalına istinadən.

20 Noyabr tarixi Qarabağ müharibəsi dövründə illərlə işğal altında qalan, lakin 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfəri nəticəsində azad edilən Ağdamın yenidən doğuluşunu simvolizə edən bir gündür. Ağdamın azad edilməsi yalnız bir şəhərin deyil, bütöv bir bölgənin, tarixin, mədəniyyətin və milli kimliyin bərpası anlamını daşıyır.

Ağdam şəhəri Azərbaycanın qədim və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. Tarixən Qarabağ bölgəsinin siyasi, iqtisadi və mədəni mərkəzlərindən olan Ağdam uzun illər ərzində bölgənin mühüm sənaye və kənd təsərrüfatı mərkəzi, Qafqazın ən tanınmış mədəniyyət ocaqlarından biri və Azərbaycanın musiqi və teatr həyatında xüsusi yeri olan şəhər kimi tanınıb.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Ağdam tamamilə dağıdılmış, şəhər demək olar ki, yerlə-yeksan edilmişdi. Prezident İlham Əliyevin “Qafqazın Xirosiması” adlandırdığı Ağdam bu illər ərzində xarabalığa çevrilmişdi.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdir. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun çox sayda kolxoz, sənaye obyekti, məktəb və təhsil ocaqları, mədəniyyət evləri, Çörək muzeyi və digər infrastrukturlar düşmənin əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunda məskunlaşmışlar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu şanlı qələbə əldə etdi. İmzalanmış Üçtərəfli Bəyanata əsasən 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə atmadan Azərbaycana qaytarıldı. Bu tarix xalqımızın təqvimində böyük dönüş nöqtəsi və tarixi ədalətin bərpası kimi əbədi olaraq yaddaşlara həkk olundu. Ağdamın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Qarabağın şərq hissəsində böyük strateji üstünlük təmin edildi, Şəhərin yenidən qurulması üçün geniş imkanlar açıldı.

Azad edildikdən sonra Ölkə Başçısının tapşırığı ilə Ağdamda genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verildi. 2021-ci ildən etibarən şəhər tamamilə yeni Baş plan əsasında qurulur. Bu gün şəhərdə “Ağıllı şəhər” konsepsiyasına uyğun infrastruktur, müasir küçə və prospektlər, yaşıl enerji sistemləri, mədəniyyət və təhsil ocaqları, yaşayış kompleksləri, sənaye parkı və aqro-sənaye zonaları sürətlə inşa edilir, şəhərə ilk sakinlərin qayıdışı üçün mərhələli şəkildə şərait yaradılır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bundan sonra Ölkə Başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.

Ağdam həm də Azərbaycan mədəniyyətinə unutulmaz töhfələr verən şəhərdir. Dünyaca məşhur Muğam Teatrı, Qarabağ atları, “Qarabağ” futbol klubu, xalq sənətkarlarının ocağı olan bu şəhər bu gün də mədəniyyətimizin yenidən parlayan ulduzuna çevrilir. 2023-cü ildə Ağdamın “Azərbaycanın mədəniyyət paytaxtlarından biri” elan edilməsi də şəhərin dərin tarixi-mədəni potensialının təsdiqidir.

Artıq  Ağdamın azad olunduğu 20 noyabr tarixi xalqımız üçün ənənəyə çevrilərək, rəsmi olaraq Ağdam şəhəri günü kimi qeyd edilir. Bu gündə şəhərin tarixi və mədəni irsi anılır, şəhidlərin xatirəsi hörmətlə yad edilir, yenidənqurma prosesinin rəmzi kimi müxtəlif tədbirlər keçirilir, Ağdamın gələcəyi ilə bağlı konsepsiyalar və layihələr təqdim olunur. 20 Noyabr yalnız bir tarix deyil, həm də ümummilli həmrəyliyin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və xalqımızın əzminin təntənəsidir.

“Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Paralel olaraq bütün məhəllələrdə tikinti işləri aparılır. Şəhərdə inşa edilmiş Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 

Ağdamın işğaldan azad edilməsi və bu tarixin şəhər günü kimi qeyd edilməsi Azərbaycanın milli qürurunun parlaq səhifələrindən biridir. Bu gün həm keçmişin ağrı-acılarının xatırlandığı, həm də gələcəyə olan ümidlərlə dolu böyük bir yenidən doğuluşun simvoludur.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see149

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see126

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see126

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see125

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri