Icma.az
close
up
RU
20 ölkə Rusiyadan buğda almaqdan imtina edib

20 ölkə Rusiyadan buğda almaqdan imtina edib

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın əsas taxıl məhsullarının ixracı 17,6 faiz azalıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya Taxıl İttifaqı (RTİ) məlumat yayıb.

Məlumata görə, cari kənd təsərrüfatı ilinin ilk yarısında (2025-ci ilin iyul–dekabr ayları) Rusiya xarici bazarlara 33,9 milyon ton taxıl məhsulu ixrac edib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 41,2 milyon ton təşkil edib.

RTİ-nin Analitik Departamentinin direktoru Yelena Tyurina bildirib ki, ixracın 82,5 faizi buğdanın payına düşüb, bu isə 27,9 milyon ton deməkdir. Bu rəqəm ötən mövsümlə müqayisədə 14 faiz azdır. Belə ki, əvvəlki mövsümdə Rusiyadan 32,5 milyon ton buğda ixrac olunmuşdu.

Bundan əlavə, arpa ixracı təxminən 29 faiz, qarğıdalı ixracı isə 11,7 faiz azalıb.

Bu geriləmənin əsas səbəbi kimi qlobal bazarda kəskin rəqabət göstərilir. Tyurinanın sözlərinə görə, 2025-ci ilin iyul–dekabr aylarında Rusiya buğdasını 49 ölkə alıb. Halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 69 ölkə idi. Beləliklə, təxminən 20 ölkə Rusiya buğdasının idxalından imtina edib.

Rusiya buğdasının əsas alıcısı siyahısında Misir birinci yerdə qərarlaşıb. Bu ölkə 5 milyon 350 min ton buğda alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır. Türkiyəyə tədarüklər isə demək olar ki, iki dəfə artaraq 4 milyon 234 min tona çatıb. Banqladeş Rusiyadan buğda alışını təxminən üçdə bir azaldaraq 1 milyon 833 min tona endirib.

Eyni zamanda, Əlcəzair və Mərakeşə ixrac da azalıb. Mütəxəssislər bunu həmin ölkələrin Avropa buğdasına yönəlməsi ilə əlaqələndirirlər.

Qeyd olunur ki, dekabr ayında Rusiya buğda ixracını 20 faizdən çox azaldıb.

Tyurinanın sözlərinə görə, Rusiyanın arpası cari mövsümün ilk yarısında 18 ölkəyə ixrac edilib. Halbuki ötən il bu göstərici 24 ölkə idi.

Xatırladaq ki, ötən ilin payızında, xüsusilə 2025-ci ilin oktyabr ayında, Rusiyanın əsas taxıl növləri üzrə ixrac tədarüklərinin 20 faiz azaldığı barədə də məlumat yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri