“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bakı Metropoliteni” QSC-nin “20 Sentyabr” stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır.
Lent.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “20 Sentyabr” stansiyasında tətbiq olunan xüsusi memarlıq həlli ilə əlaqədar bir sıra işlər görülüb və zəruri məsələlər həllini tapıb.
‘20 Sentyabr" stansiyası ilə bağlı tikinti işləri başa çatıb, hazırda tamamlama işləri icra olunur. Bilirsiniz ki, burada xüsusi memarlıq həlli tətbiq edilir. Bununla əlaqədar materialların ölkə xaricindən gətirilməsi, logistika və digər məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib, işlər qrafikə uyğun davam edir”, - deyə Məmməd Rzayev qeyd edib.
Departament rəhbəri vurğulayıb ki, hazırda əsas diqqət stansiyada tamamlama işlərinin yekunlaşdırılmasına yönəlib. Mövcud qrafikə əsasən, stansiyanın gələn ilin birinci yarısında tam istismara verilməsi nəzərdə tutulur.
“Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir”, - deyə o əlavə edib.
Məmməd Rzayev, həmçinin “28 May” və “Nizami” stansiyaları arasında tikilən mənzil tuneli barədə məlumat verib. Onun sözlərinə görə, ümumi uzunluğu 211 metr olan tunelin qazılması işlərinə başlanılıb və indiyədək 63 metrlik hissədə qazıntı işləri tamamlanıb.
“Tunelin qazma prosesinə başlanılıb. Bu günə qədər 63 metr hissədə qazma işləri icra olunub və işlər planlı şəkildə, qrafikə uyğun davam etdirilir”, - deyə o bildirib.
M.Rzayev qeyd edib ki, gələcəkdə həmin tunelin “Nizami” – “Cəfər Cabbarlı” tunelinə çevrilməsi nəzərdə tutulur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















