Icma.az
close
up
RU
20 vəkil keçmiş prezidentdən şikayətçi oldu

20 vəkil keçmiş prezidentdən şikayətçi oldu

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada sabiq Prezident Nikola Sarkozi məhkəmə sistemini nüfuzdan salmaqda ittiham olunur. 

"Cebheinfo.az" xəbər verir ki, Paris Cinayət Məhkəməsi tərəfindən 25 sentyabrda cinayətkar təşkilat qurmaq ittihamı ilə 5 il həbs cəzasına məhkum edilən Sarkozinin bu qərarı tənqid etməsi narazılıqla qarşılanıb. Təxminən 20 vəkil məhkəmənin qərarını “qanunun aliliyi prinsipinin pozulması” kimi qiymətləndirən Sarkozini “məhkəməni nüfuzdan salmaq” və “xalqın ədalət sisteminə olan etimadını sarsıtmaq”da ittiham edib. 

Sarkozinin məhkəmə sisteminə yönəlik tənqidlərinə qarşı çıxan vəkillər sabiq prezident barəsində şikayət veriblər. Paris Cinayət Məhkəməsinin 25 sentyabr tarixli qərarından sonra Fransanın JDD qəzetinə verdiyi müsahibədə Sarkozi məhkəmənin “qanunun aliliyi prinsipini pozduğunu” bildirib və ona qarşı yönəlmiş “komplolara, böhtanlara və təhqirlərə” boyun əyməyəcəyini söyləyib. 

Xatırlada ki, Paris Cinayət Məhkəməsi 25 sentyabrda “ictimai vəsaitlərin mənimsənilməsini gizlətmək, passiv korrupsiya, qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsi və cinayət törətmək məqsədilə cinayətkar təşkilat qurmaq” ittihamları ilə Sarkoziyə qarşı qərar çıxarıb. Məhkəmə Sarkozinin passiv korrupsiya, ictimai vəsaitlərin mənimsənilməsini gizlətmək və qanunsuz kampaniya maliyyələşdirmə ittihamlarına görə günahsız olduğuna qərar verib, lakin onu cinayətkar təşkilat qurmaqdan təqsirli bilib və 5 il həbs cəzası verib. 

Sarkozinin qərardan apellyasiya şikayəti vermək hüququ var və cəzanın bir neçə ay ərzində icra olunması gözlənilir. Fransada 2007–2012-ci illərdə prezident olmuş Sarkozinin 2007-ci il prezident seçki kampaniyasını aparmaq üçün ovaxtkı Liviya lideri Müəmmər Qəddafidən qanunsuz maliyyə dəstəyi aldığı iddia olunmuşdu. Bu iddialardan sonra 2013-cü ildə istintaq və ictimaiyyətdə “Liviya işi” kimi tanınan məhkəmə prosesi başlamışdı. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see559

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see350

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see312

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see311

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see306

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see285

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see281

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see277

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see253

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see252

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see251

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see247

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see245

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see243

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see240

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see240

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see225

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see215

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see212

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri