20 Yanvar hadisələri həm də Azərbaycan idarəçiliyinin iç üzünü açdı ŞƏRH EDİLDİ
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində həm faciədir, həm qırğındır, həm də qəhrəmanlıq tarixidir. Yəni 70 il ərzində “mənim dövlətim, mənim paytaxtım, mənim ordum” deyən Azərbaycan xalqı ilk dəfə sovet dövlətinin iç üzünü gördü və dərk etdi ki, bu ordu heç vaxt onun ordusu olmayıb. Bu, 1920-ci ilin aprelində müstəqil Cümhuriyyəti işğal edən ordudur. Bu, şimaldan gələn ordudur. Bu ordunun heç bir zaman Azərbaycan xalqına isti keçə bilməz. Bu ordu soyuqdur, qorxuludur. Bunun ətəyindən güllə olur. O güllə atır, insan ölür, qan tökülür yerə". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, 20 Yanvar hadisələri həm də Azərbaycan idarəçiliyinin iç üzünü açdı: "Xalq ədalət deyir, xalq öz haqqını müdafiə edir, amma Azərbaycanda hakimiyyətdə olanlar isə xalqdan uzaq, xalqın maraqlarına xidmət etməyən, Moskvanın ətəyindən yapışan bir qurum oldu. Ona görə xalq və iqtidar bu işdə, bu mübarizədə, bu müharibədə birləşə bilmədi. Əksinə, iqtidar mərkəzi müdafiə etdi.vAmma eyni zamanda 20 Yanvar nə qədər faciəli bir hadisə olsa da, ibrət tarixi oldu. Yəni Azərbaycan özünə arxayın olmalıdır. Öz maraqlarını təmin etmək üçün dəmir yumruq kimi birləşməlidir. Və təsadüf deyil ki, Azərbaycan Ermənistana qarşı öz ədalətli mübarizəsində 20 Yanvar qırğınından böyük nəticə çıxartdı. Ali Baş Komandan, Qarabağın fatehi, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirə bildi. Ali Baş Komandan kimi öz cəsarəti ilə hamının diqqət mərkəzində oldu, xalqın ümid yeri oldu, düşməni darmadağın etdi və Azərbaycanın öz tarixi torpaqlarına sahib durdu. 20 Yanvarda biz sovet dövlətinə etiraz olaraq, sovet rəhbərliyinin erməniləri müdafiə etdiyinə görə, onun ədalətsizliyinə etiraz olaraq küçələrə çıxdıq və əvəzində sovet ordusu bizi qana bulaşdırdı. Tankların tırtılları altında qalaraq bizi əzdilər. Amma bu bizim sonumuz deyildi. Bu, mübarizənin başlanğıcı idi. Düşmənə olan nifrətin başlanğıcı idi.
Beləliklə, bu xalqın elə bir rəhbərə ehtiyacı var idi ki, o rəhbər bu xalqı öz qanadı altına ala bilsin, dəmir yumruq kimi birləşdirə bilsin. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev bu missiyanı uğurla həyata keçirdi. Azərbaycanı qorudu, parçalanmağa qoymadı və Ümummilli Liderin də dediyi kimi “mən ona özüm qədər inanıram” dediyi İlham Əliyev bu missiyanı uğurla həyata keçirdi. İllər keçəcək və 20 Yanvar faciəmiz olduğu qədər də qəhrəmanlıq və mübarizə tariximizdir. Və bu tarixi biz yaşamışıq və bu tarixdən nəticə çıxarmışıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Yanvar 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















