Icma.az
close
up
RU
20 Yanvar hadisələri Vətən övladlarinin mübarizlik salnaməsi

20 Yanvar hadisələri Vətən övladlarinin mübarizlik salnaməsi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Tariximizin öyrənilməsi və araşdırılması mühüm vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

Ulu Öndər Heydər Əliyev bu faciə günü xalqımızın milli azadlıq uğrunda mübarizəsini tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmişdir. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq, süqut edən SSRİ və soyuq müharibənin sonu ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi vəziyyət fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda bir sıra tarixi proseslərin təkan almasına səbəb olmuşdur. Belə ki, 20 Yanvar hadisələrində xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra xalqımız öz səsini daha da yüksəldərək, 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyinin bərpasını bütün dünyaya elan etmişdir.
20 Yanvar hadisələrinin yaşandığı o ağır günlərdə Azərbaycan xalqı böyük bir həqiqəti bütün mahiyyəti ilə dərk etdi. Bu həqiqət isə ondan ibarət idi ki, meydanda həqiqi lider yox idi. Belə ağır bir faciənin baş verməsinə baxmayaraq, o vaxtkı hakimiyyətdə olan məsuliyyətsiz insanlar hələ də vəzifə davası edirdilər.
O zaman Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləmiş, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd bir aksiya adlandırmışdır.
Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Xalqımız hər zaman Vətən uğrunda canlarından keçən şəhidlərinin əziz xatirəsini uca tutur. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Ölkəmizin sosial-iqtisadi inkişafı deməyə əsas verir ki,Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri