Icma.az
close
up
RU
20 Yanvar qan yaddaşımız

20 Yanvar qan yaddaşımız

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azadlığı istəmirəm zərrə- zərrə, qram- qram

Qolumdaki zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm SƏMA kimi!  
GÜNƏŞ kimi! 
CAHAN kimi!
Çəkil! Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm! 
Gərək deyil sısqa bulaq.
Mən ümmanlar təşnəsiyəm!


Azadlıq carçısı Xəlil Rza Ulutürkün bu harayı Vətənini azad görmək istəyən, onun işıqlı gələcəyinə ümidlə boylanan qəhrəman bir xalqın azadlıq uğrunda  mübarizəsinin əks sədası, haqq uğrunda ucalan gur səsi idi. Azadlığa təşnə olan xalq  azadlığı qurtum-qurtum deyil, ümmanlar tək istəyirdi. 

1990 - cı il 20 Yanvar! Bu istəyə doğru ümidlə addımladı xalq. Qəsbkarlar millətin arzu dolu qəlblərini susdurmaq üçün ürəkləri nişan aldılar! Kimisi şəhid, kimisi şahid oldu! Şəhidlər sussa da, şahidlər danışdı, xalqın gözlərindən qan yaddaşına köçdü həmin gün!  

Azərbaycan xalqı, Vətənin azadlığı uğrunda əliyalın döyüşərək canından keçən, xalqı əsarət buxovlarından xilas edən 20 Yanvar şəhidlərini heç vaxt unutmayacaq! Bu gün onların əziz  xatirəsi böyük qürur və ehtiram hissi ilə anılır! Ruhunuz şad olsun, qərənfil ətirli şəhidlər! Ruhun şad olsun, azadlıq carçısı Xəlil Rza Ulutürk!

Zülfiyyə Ziya

Elşən AĞALAR(foto)
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri