Icma.az
close
up
RU
20 Yanvar şəhidi, Gürcüstan azərbaycanlısı Ələsgər Qayıbovun xatirəsi yad edilib

20 Yanvar şəhidi, Gürcüstan azərbaycanlısı Ələsgər Qayıbovun xatirəsi yad edilib

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub.

Bu münasibətlə “Report”un yerli bürosu Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları ilə birlikdə Qaraçöp kəndində olub.

20 Yanvar şəhidi Ələsgər Qayıbov da bu kənddəndir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Samir Əbdürəhmanov, Ramiz Hacızadə, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, şəhid Ələsgər Qayıbovun yaxınları, məktəblilər yanvarın 20-də Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxuyublar.

Çıxış edənlər Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrundakı mübarizəsindən, sovet imperiyası qüvvələrinin xalqların mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəhşiliklərdən söz açıblar.

Vurğulanıb ki, 20 Yanvar faciəsi zamanı 6 Gürcüstan azərbaycanlısı şəhid olub.

Sonra tədbir iştirakçıları şəhidin doğulduğu evdə olub, ailə üzvləri və yaxınları ilə görüşüblər.

Şəhidin doğmaları bildirib ki, Ələsgər Qayıbov 1966-cı il martın 15-də Qaraçöpdə anadan olub və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o, xeyli yaralıya kömək etmişdi.

Şəhidin qardaşı Nəriman Qayıbov bildirir ki, Ələsgər Qayıbov Vətənini sevən, fədakar bir gənc olub və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edib:

“Ələsgər Azərbaycanın azadlığı uğrunda şəhid oldu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Azərbaycana həmişə azadlıq arzu edirəm”.

Şəhidin ailə üzvləri görüş zamanı Ələsgər Qayıbovun doğulub boya-başa çatdığı küçəyə onun adının verilməsi ilə bağlı arzularını ifadə ediblər.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən Ələsgər Qayıbov küçəsində şəhidin xatirə lövhəsi quraşdırılıb. Onun xatirəsi doğma kəndi Qaraçöpün girişində ucaldılan abidədə də yaşayır. Bu abidə Gürcüstan və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsini əbədiləşdirir.

Tədbir çərçivəsində Azərbaycan səfirliyi tərəfindən şəhidin ailəsinə ərzaq yardımı təqdim olunub.

Daha sonra Keşəli kəndində də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə vətənpərvərlik mövzusunda çıxışlar olub və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri