Icma.az
close
up
RU
20 Yanvar və Vəzirovun hamamları...

20 Yanvar və Vəzirovun hamamları...

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hərdən fikirləşirəm ki, Allahım, bizim 20 Yanvarla bağlı şərhlərimiz, xüsusən də radio-şərhlərimiz kiminsə yadında qalıbmı? Yazırdıq ki, 20 Yanvarda onlarla siyasi vektor iştirak edirdi və nə qədər paradoksal olsa da, hamısı son nəticədə öz istəyinə-məqsədinə çatdı, o cümlədən də həmin dövrün minlərlə ictimai-siyasi fəalı. 

Bəli, dərhal olmasa da, Azərbaycan müstəqil oldu. Bizim hamımızın bundan qeyri-məqsədi vardmı? Elə digər vektorlar da "məqsəd”lərinə çatdılar, hanıslar ki, bizlərdən fərqli, daim, ruslar demiş, xoş olanı özləri üçün faydalı və gərəkli olanla birləşdirməyi bacarırdılar: bəli, onların da öz siyasi hədəfləri vardı... 

Bu soyuq yanvarda bilirsinizmi, nələr yadıma düşür? Vaxtilə "bioloji millətçilik” dediyim bir fenomen. İllər öncə yazmışdım bunu. Təsəvvür edin, "26 Bakı komissrarları” tamam ifşa olunmuşdu! Təkcə Əzizbəyovun adı hər yerdə qalırdı! Başa düşmək olmurdu, belə çıxırdı ki, "26 Bakı komissarları”nın hamısı pisdir, bircə Əzizbəyov yaxşıdır, təkcə ona görə ki, bizimlə "həmrəngdir”! Şükür, sonradan bu biabırçılıq da götürüldü.     

Soyuq yanvar, 20 Yanvarın ərəfəsi yadımıza daha bir detalı da salır. Yaxın keçmişimizdə bəziləri hətta Əbdürrəhman Vəzirov haqqında da eyni sözləri deyirdi: "Kişi Pakistanda səfir olub, fəxrimizdir!” 

Deyən yox idi ki, kişinin qafası azərbaycanlı-türk, hətta müsəlman qafası deyil! İnternetin üstünlükləri həqiqətən də çoxdur. Vəzirovun da bioqrafiyasına nəzər saldım: adamın kökləri az qala, Qarabağ xanlığına gedib çıxırmış! Amma nə olsun? Ermənilər insanlarımızı sürgün edirdilər, Qarabağ əldən gedirdi, amma Vəzirov bizimçün Tümendən hamam gətizdirməyə çalışır, ya da "Yoldaşlar, sizə şad xəbər deyəcəm: ermənilər qayıdır” söyləyirdi!

Bu rus-komsolmol qafalı adam başa düşmürdü, dərk etmirdi ki, artıq SSRİ-də də, hətta dünyada da tamam başqa proseslər gedir! Hətta ondan sonra gələn hakimiyyət də anlamadı bunu.

Hətta indi də Vəzirovla bağlı "O da bizim xalqın oğlu idi!” deyənlər var. Olsun! Şəxsən bizim kimsəylə ədavətimiz yox! Amma heç olmasa, özümüz üçün ağı qaradan ayırmağı bacarmalıyıq, ya yox? Tanıdığım gürcülərin bəzisi deyridi ki, Stalin lap planetin iki-üç adamından biri ola bilər, amma o, Gürcüstan və gürcülər üçün nə edib ki? Tamamilə haqlı iraddır.

Bəlkə də inandırıcı görünməyəcək, amma mənə elə gəlir, bizim cənublu qardaşlarımız da məhz o "bioloji millətçilik”dən əziyyət çəkir və "Xameneyi də bizimkidir, fəxrmizdir” deyirlər, onu özlərilə "həmrəng” hesab edirlər! Halbuki eyni sözlər elə Seyid Əli Xameneyiyə də aiddir: adam nəinki irançı, hətta qatı anti-türkçüdür! Budurmu, bizimlə eyni bir "rəng”dən olan adam?..

O ki qaldı qanlı 20 Yanvara, bəzi "mənəm-mənəm” deyən "böyük siyasətçilərimiz” bunu da siyasi çəkişmə-siyasi düşmənçilik predmetinə çevirmişdi, biri birinə "Əlin qana batıb, cinayətkarsan” deyirdilər...

Bütün bunlara görə etiraf etmək lazımdır ki, mərhum Heydər Əliyev son qoydu buna və bundan sonra hətta həmin "mənəm-mənəm” deyən siyasətçiciklər, necə deyər, "quzu balası”na döndülər, hər 20 Yanvarda Şəhidlər Xiyabanına yollandılar, başladılar 20 Yanvar haqqında hamı kimi həm də qəhrəmanlıq səhifəsi kimi danışmağa! Olsun! Axı kimin səhvi olmur bu dünyada? Kim deyə bilər ki, mən mələyəm? 

Amma kəndi səhvlərimizi hamıdan əvvəl və hamıdan da dürüst məhz özümüz bilirik. Heç olmasa hərdən, ürəyimizdə, özümüzçün etiraf edək onları...

Hüseynbala Səlimov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri