20 yaşlı atlet dünya rekordunu yenilədi VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ təmsilçisi Ja’Kobe Tharp 110 metr məsafəyə maneələrlə qaçışda dünya rekorduna imza atıb.
İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, 20 yaşlı atlet ABŞ-də keçirilən NCAA açıq hava atletika çempionatında 12,75 saniyə nəticə göstərib.
Tharp bu göstərici ilə əvvəlki dünya rekordunu 0,05 saniyə yaxşılaşdırıb. 110 metr maneələrlə qaçışda əvvəlki ən yaxşı nəticə 2012-ci ildə Aries Merritt tərəfindən qeydə alınmışdı - 12,80 saniyə.
Yarış ABŞ-nin Oreqon ştatının Yucin şəhərindəki “Hayward Field” stadionunda təşkil olunub.
Qeyd edək ki, Tharp daha əvvəl 20 yaşadək atletlər arasında dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:Litvalı atlet dünya rekordunu yenilədi
14 Aprel 2025 18:06
Amerikalı atlet dünya rekordunu yenilədi
16 Fevral 2025 01:01
Keniyalı atlet dünya rekordunu yenilədi
20 Sentyabr 2026 14:27
Ronaldo dünya rekordunu yenilədi VİDEO
25 Noyabr 2024 23:17
Gretteçen Uolş dünya rekordunu yenilədi VİDEO
03 May 2026 12:03
Baxış sayı:147
Bu xəbər 11 İyun 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















