20 yə yaxın avtomobil distribütoru və satıcısının nümayəndələri Dövlət Agentliyində olublar
Icma.az, Marja.az saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının, eləcə də 20-yə yaxın avtomobil markasının rəsmi distribütor və satıcılarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2026-cı il üçün Yol Xəritəsi”ndə yer alan tapşırıqların icrası məqsədilə keçirilən görüşdə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlmiş tədbirlər müzakirə edilib.
İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, onların məlumat almaq hüququnun pozulması, zəmanət öhdəliklərinə əməl olunmaması kimi halların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri izah olunub. Bu məqsədlə məhsullara dair zəruri məlumatların tam və dolğun şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.
Sonda Agentlik tərəfindən bazar iştirakçılarının məsuliyyətli davranışı və hüquqi maarifləndirmə yönündə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















