200 dən çox əməkdaş ixtisar olundu, maaşlar ödənmədi Guavalab şirkətində nə baş verir?
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Guavalab" şirkətinin işçiləri qurumun beş aydır əməkhaqqılarını ödəməməsindən şikayətçidirlər.
Baku TV-yə danışan keçmiş əməkdaşlardan biri üzləşdiyi çətinliyi belə izah edib:
200-dən çox əməkdaş ixtisar olundu, maaşlar ödənmədi - "Guavalab" şirkətində nə baş verir?
"Guavalab" MMC şirkətində çalışmışam. Oktyabrın axırı mən və 200-ə yaxın əməkdaş ixtisar olunmuşuq. İki ayın əməkhaqqısı - sentyabr və oktyabr ayları üzrə ödənişlər hələ də verilməyib. Kompensasiya və məzuniyyət ödənişləri də ödənilməyib. Direktorumuz Fəxri Qasımov 4-5 aydır hər dəfə fərqli məlumatlar verərək bizi gözlədir".
Digər bir şikayətçi isə hüquqlarının pozulduğunu bu sözlərlə vurğulayıb:
"MMC-nin fəaliyyəti Böyük Britaniyada fəaliyyət göstərən "Guava Pay" şirkətinə texniki dəstək və IT xidmətlərinin göstərilməsindən ibarət olub. İxtisara düşdüyümüz anda Əmək Məcəlləsinin bir neçə maddəsi üzrə hüquqlarımız pozulub. Bunlara son haqq-hesab ödənişlərinin verilməməsi və istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyaların ödənilməməsi daxildir".
Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətin rəhbəri Fəxri Qasımov ittihamlara belə cavab verib:
"Başqa bir şirkətin borcu var. Ona görə də hazırda şirkətdə maliyyə problemləri yaşanır. Bu səbəbdən maaşlar ödənilə bilmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Fevral 2026 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















