Icma.az
close
up
RU
200 film, milyonlarla pərəstişkar: Kadir İnanırın həyat hekayəsi VİDEO

200 film, milyonlarla pərəstişkar: Kadir İnanırın həyat hekayəsi VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Gəlin, arxasında yüzlərlə film və milyonlarla insanın yaddaşında silinməz xatirələr qoyan Kadir İnanırın həyat yoluna nəzər salaq.

15 aprel 1949-cu ildə Türkiyənin Ordu vilayətində dünyaya gələn Kadir İnanır əslən Trabzonun Sürmene bölgəsindən olan bir ailənin övladı idi. 14 bacı-qardaşın ən kiçiyi olaraq dünyaya gələn Kadir İnanırın uşaqlığı Qara dəniz bölgəsinin sərt şəraitində, böyük, lakin sıx bir ailə mühitində keçib.

Bəlkə də həyatının ən diqqət çəkən detalı illər sonra anasından eşitdiyi sözlər idi. Şöhrət qazandıqdan və anasına hədiyyələr apardığı günlərin birində anası Rukiyə xanım ona heç vaxt unutmayacağı bu sözləri deyib: “Səni dünyaya gətirməmək üçün bildiyim bütün üsulları sınadım, oğlum, amma ölmədin... Demək, sən Kadir İnanır olacaqmışsan.”

Maddi çətinliklər səbəbindən onun doğulmasını istəməyən anasının illər sonra etdiyi bu etiraf Kadir İnanırın həyatındakı ən sarsıdıcı xatirələrdən biri kimi yadda qaldı. Hələ dünyaya gəlməzdən əvvəl başladığı həyat mübarizəsi, bəlkə də sonrakı illərdə onu milyonların sevimlisinə çevirən xarakterinin ilk işarəsi idi.

Kadir İnanırın aktyorluq istedadı çox erkən yaşlarında üzə çıxdı. O, uşaq yaşlarından etibarən teatr tamaşalarında səhnəyə çıxaraq diqqət çəkməyə başladı. İstanbula gəldikdən sonra Haydarpaşa Liseyində internat təhsili aldı, daha sonra isə İstanbul Jurnalistika Ali Məktəbinin Radio-Televiziya fakültəsini bitirdi. Bu, onu Yeşilçamın peşəkar təhsil almış azsaylı aktyorlarından birinə çevirdi.

Kadir İnanırın şöhrət yolu asan başlamadı. O, 1967-ci ildə keçirilən kino aktyoru müsabiqəsində uğur qazana bilməsə də, bir il sonra “Saklambaç” qəzetinin təşkil etdiyi fotonovella aktyoru müsabiqəsində qalib oldu. Bu uğur onun sənət karyerasının başlanğıcı sayılır. O, qısa müddətdə Yeşilçamın ən tanınmış kişi ulduzlarından birinə çevrildi.

Təxminən 200 filmdə rol alan Kadir İnanır sərt baxışları, gur səsi və xarizmatik duruşu ilə bir dövrün simvollarından birinə çevrildi. Xüsusilə aktrisa Türkan Şoray ilə baş rolunu paylaşdığı “Selvi Boylum Al Yazmalım” filmində canlandırdığı “İlyas” obrazı Türk kino tarixinin ən yaddaqalan obrazlarından biridir. Daha sonra “Tatar Ramazan”, “Dərman”, “İlanların Öcü”, “Körpü”, “Qırıq Bir Sevgi Hekayəsi” və digər ekran işlərində yaratdığı obrazlarla o, təkcə kino ulduzu deyil, həm də cəmiyyətin vicdanını təmsil edən sənətçilərdən biri oldu. Kadir İnanır rəsmi nikaha daxil olmayıb və övlad sahibi olmayıb.

O, uzun illər aktrisa Jülide Kural ilə xoş münasibət yaşayıb. Övlad sahibi olmamasının səbəbini isə illər əvvəl duyğusal sözlərlə izah edib: “Atamın 14 övladı var idi, mən də övladlarımın olmasını istəyirdim. Amma vaxtında qismət olmadı. Bu yaşdan sonra dünyaya gələcək uşağın mənsiz qalmasını istəmirəm”.

Aktyor ömrünün son illərində müxtəlif sağlamlıq problemləri ilə mübarizə apardı. O, 2012-ci ildə ağciyər əməliyyatı keçirdi və sonradan səhhətindəki çətinliklərin böyük hissəsini geridə qoydu. 2021-ci ildə iflic riski ilə üzləşsə də, müalicə prosesini uğurla başa vurdu. Son illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilən sənətçi, sevənlərinin dəstək mesajlarından mənəvi güc aldı. 2026-cı ilin iyununda isə Türk kinosunun “Dəli Kadir”i uzun müddətdir davam edən sağlamlıq problemlərinə məğlub olaraq 77 yaşında vəfat edib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyul 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri