Icma.az
close
up
RU
200 kqlıq yükü 4 fəhləyə daşıtdırırlar, ancaq... Fəhlələrə üzr məktubu yazdırırlar

200 kqlıq yükü 4 fəhləyə daşıtdırırlar, ancaq... Fəhlələrə üzr məktubu yazdırırlar

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azəriqaz” istehsalat Birliyinin iş şəraitindən, ezamiyyət xərclərindən şikayət edən 18 işçisi sonradan üzr ərizəsi yazmağa məcbur edildiklərini deyirlər.

Mia.az-ın məlumatına görə, məlumatı Meydan TV-yə həmin işçilərdən bir neçəsi təsdiqləyib. Bildiriblər ki, ilkin olaraq bir neçə nəfər ərizə yazaraq guya imzaladıqları şikayətdə nələr yazıldığından xəbərsiz olduqlarını açıqlayıblar.

Sonradan digərləri də onlara qoşulmaq məcburiyyətində qalıb. Onlar ərizələrində idarə rəhbərindən narazılıqları olmadığını qeyd ediblər.

“Başqa əlac qalmadı, iş tapmaq problemdir. Hamı ailəni dolandırmaq məcburiyyətindən təzyiqlərə boyun əyir”,-əməkdaş iş şəraitinə baxmayaraq, işini itirməkdən qorxduğunu etiraf edib.

“Azəriqaz” İstehsalat Birliyinin 2 saylı təmir- tikinti quraşdırma sahəsinin əməkdaşları şikayət ərizəsində bildiriblər ki, vəzifə öhdəlikləri olmayan işlərdə çalışmağa məcbur edilirlər, o cümlədən iş saatından artıq işlədilirlər.

Bundan əvvəl də idarənin bir qrup əməkdaşı ezamiyyət xərclərinin tam ödənilməməsindən şikayətləniblər.

“Qaydalara görə fəhlələr 35 kiloqrama yaxın yükü 60 metr məsafəyə qədər fasiləli rejimlə daşımalıdırlar. Lakin 200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar. İş şəraitinə etiraz edənlərə isə işdən çıxmağı məsləhət görürlər”,-şikayətçilər bildiriblər.

SOCAR prezidenti də daxil olmaqla aidiyyatı qurumlara ünvanlanan şikayətdə qeyd edilib ki, həftənin 4 günü üçün 90 manat ödəyirlər. Beşinci gün də ezamiyyət pulu ödənməlidir. Amma işçini 5-ci gün, hətta şənbə gününün yarısınadək işlədirlər, cəmi 27 manat yazılır. Qeyri-iş günlərində çalışanlara ödəniş edilmir.

Ərizə araşdırılması üçün elə şikayət olunan idarəyə yönləndirilib. Beləliklə, idarə rəhbərliyi ərizənin kimlər tərəfindən yazıldığından xəbərdar olub. Şikayət araşdırılmaq əvəzinə işçilərdən ərizə alınaraq söylədiklərini təkzib etdiriblər.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, məsələdən xəbərdar olandan sonra işçilərə belə təzyiq edilməsinə etirazını bildirib. Bu zaman İstehsalat Birliyinin “trol ordusunun” hücumuna məruz qalıb. Eyni mətni kopyalayanlar saxta səhifələrdən birliyin fəaliyyətini tərifləməklə, həm də tənqid edənləri hədəf seçiblər.

“”Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.13.-cü maddəsi ilə (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır) pozulmuş olub”,-Qəhrəmanlı bildirib.

“Azəriqaz” İstehsalat birliyindən isə ittihamı şərh etməyiblər.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Noyabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri