200 milyondan çox insan evsiz qala bilər XƏBƏRDARLIQ KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Qlobal istiləşmə və iqlim dəyişikliyi sadəcə təbiət üçün deyil, eyni zamanda yaşayış yerlərini itirmək baxımından milyonlarla insan üçün də ciddi risk yaradır.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə BMT-nin son hesabatında qeyd edilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, hazırda dünya üzrə təxminən 4.5 milyon insanın vətəndaşlığı yoxdur. Onların təqribən 90 faizi iqlim dəyişikliyinin fəsadlarına qarşı daha həssas olan dövlətlərdə məskunlaşıb.
Dəniz səviyyəsinin yüksəlməsi xüsusilə kiçik ada ölkələri üçün böyük təhlükə mənbəyidir. BMT-nin proqnozlarına əsasən, əsrin sonuna qədər dünya okeanının səviyyəsi ən azı 0.5 metr, ən pis ssenaridə isə hətta 2 metrə qədər arta bilər.
Bundan əlavə, Dünya Bankının “Groundswell” adlı tədqiqatı göstərir ki, zəruri tədbirlər görülməzsə, 2050-ci ilədək su qıtlığı, kənd təsərrüfatı istehsalının azalması və dəniz səviyyəsinin qalxması səbəbindən 216 milyonadək insan öz ölkəsi daxilində məcburi köçkünə çevrilə bilər.
Bu böhran, ərazi itkisinin dövlətlərin gələcəyini və əhalinin mülki-hüquqi əlaqələrinin qorunmasını sual altında qoyduğu dəniz səviyyəsinə yaxın yerləşən ada ölkələrində özünü daha qabarıq şəkildə büruzə verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 29 Sentyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















