Icma.az
close
up
RU
2006 cı ildən əvvəl işləyənlərin nəzərinə KONKRET

2006 cı ildən əvvəl işləyənlərin nəzərinə KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda pensiya yaşına yaxınlaşan minlərlə vətəndaşı düşündürən əsas məsələlərdən biri də 2006-cı ildən əvvəlki əmək stajının gələcək pensiyanın hesablanmasına necə təsir etməsidir. Cəmiyyətdə həmin dövrdə fərdi pensiya hesabları olmadığı üçün iş stajının nəzərə alınmadığı ilə bağlı yanlış təsəvvürlər də mövcuddur.

Bəs 2006-cı ildən əvvəl qazanılan əmək stajı pensiya kapitalına necə çevrilir və gələcək pensiyanın məbləğinin formalaşmasında hansı rolu oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki, 2006-cı ildən əvvəlki əmək fəaliyyəti heç bir halda itirilmiş hesab edilmir və qanunvericiliklə qorunur.

“Azərbaycanda 2006-cı il yanvarın 1-dən etibarən sığorta prinsiplərinə əsaslanan yeni pensiya sistemi tətbiq edilir. Həmin tarixdən sonra işçilərin əməkhaqqından ödənilən məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesabında pensiya kapitalı kimi toplanır və gələcək pensiyanın əsasını məhz bu vəsait təşkil edir.

2006-cı il yanvarın 1-dək olan hər tam iş ili üçün vətəndaşın fərdi hesabına 306 manat şərti pensiya kapitalı hesablanır. Tam olmayan illər isə işlənmiş ayların sayına uyğun proporsional qaydada nəzərə alınır.”

Asif İbrahimovun sözlərinə görə, məsələn, 20 il iş stajı olan şəxsin hesabına 6 120 manat, 25 il stajı olan şəxsin hesabına 7 650 manat, 30 il iş stajı olan şəxsin hesabına isə 9 180 manat ilkin pensiya kapitalı yazılır.

Ekspert vurğulayıb ki, bu məbləğ son nəticə deyil:

“Bir çoxları düşünür ki, məsələn, 30 il işləyən şəxsin hesabına cəmi 9 min manat yazılır və bununla proses başa çatır. Əslində isə bu, yalnız başlanğıc kapitaldır. Sonrakı illərdə həmin məbləğ qanunvericiliyə uyğun olaraq indeksləşdirilir. İnflyasiya, orta aylıq əməkhaqqının artımı və digər iqtisadi göstəricilər nəzərə alınmaqla pensiya kapitalı artırılır və beləliklə də vətəndaşın pensiya hüququ öz real dəyərini qoruyur.”

Mütəxəssis bildirib ki, əmək pensiyasının məbləği iki əsas mənbə əsasında formalaşır.

“Bunlardan biri 2006-cı ildən əvvəlki iş stajına görə hesablanmış və sonradan indeksləşdirilmiş pensiya kapitalı, digəri isə 2006-cı ildən sonra ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına toplanan fərdi pensiya kapitalıdır.

Bu iki kapital birləşdirildikdən sonra qanunvericilikdə müəyyən olunmuş metodologiya əsasında aylıq əmək pensiyası hesablanır”.

Asif İbrahimov vurğulayıb ki, hazırkı pensiya sistemi klassik sosial təminat modelindən fərqli olaraq sığorta prinsipinə əsaslanır və gələcək pensiyanın məbləği birbaşa rəsmi əməkhaqqı və ödənilən sosial sığorta haqlarından asılıdır.

“Yalnız uzun iş stajı yüksək pensiya almaq üçün kifayət etmir. Əgər əməkhaqqı aşağı məbləğdə rəsmiləşdirilibsə və ya sosial sığorta haqları minimum əməkhaqqı üzərindən ödənilibsə, toplanan pensiya kapitalı da aşağı olacaq. Buna görə də qeyri-rəsmi məşğulluq gələcək pensiya təminatı üçün ən ciddi risklərdən biridir.

Əməkhaqqının bir hissəsinin qeyri-rəsmi ödənilməsi qısamüddətli dövrdə üstünlük kimi görünsə də, uzunmüddətli perspektivdə vətəndaşın pensiya kapitalını azaldır və gələcəkdə daha aşağı pensiya almasına səbəb olur.

2006-cı ildən əvvəl uzun illər rəsmi işləyən şəxslərin narahat olmasına əsas yoxdur. Həmin dövr üzrə qazanılmış əmək hüquqları dövlət tərəfindən qorunur və pensiya kapitalına çevrilərək gələcək pensiyanın hesablanmasında nəzərə alınır”.

Sonda Asif İbrahimov vətəndaşlara fərdi sığorta hesablarını mütəmadi yoxlamağı, əmək münasibətlərini rəsmiləşdirməyi və işəgötürənin sosial sığorta haqlarını tam həcmdə ödədiyinə əmin olmağı tövsiyə edib.

Onun fikrincə, gələcəkdə yüksək pensiya almağın əsas şərti yalnız keçmiş iş stajı deyil, həm də bu gündən etibarən rəsmi məşğulluğun davam etdirilməsi, real əməkhaqqının rəsmiləşdirilməsi və sosial sığorta ödənişlərinin tam həcmdə həyata keçirilməsidir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri