2008 böhranını təxmin edən iqtisadçı: Dollar çökəcək, yerini qızıl tutacaq
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Piter Şiff qlobal iqtisadiyyatın 2008-ci ildəkindən qat-qat ağır bir böhrana sürükləndiyini iddia edir. Onun fikrincə, hazırkı vəziyyət fonunda 2008-ci il böhranı "məktəbli pikniki" kimi görünəcək.
Milli.Az xəbər verir ki, Şiff bildirir ki, qızıl və gümüş qiymətlərinin ard-arda rekord qırması qlobal bazarlarda böyük bir qırılmanın xəbərçisidir. Bu yüksəliş investorların və mərkəzi bankların mövcud sistemə olan inamının sarsıldığını göstərir.
İqtisadçının sözlərinə görə, dünya mərkəzi bankları artıq ABŞ dollarından və ABŞ xəzinə istiqrazlarından uzaqlaşmağa başlayıblar. Bunun əvəzinə öz valyutalarını dəstəkləmək üçün ehtiyatlarına sürətlə qızıl əlavə edirlər. Bu tendensiya dolların "rezerv valyuta" statusunun təhlükədə olduğunu göstərir.
Şiff ABŞ-nin istehsaldan uzaqlaşıb yalnız istehlaka söykənən bir modelə sıxılıb qaldığını tənqid edir:
"Dünyadan asılıyıq. İstehsal etmədiyimiz malları bizə onlar verir, yığa bilmədiyimiz pulu bizə onlar borc verir. Dünya iqtisadiyyatı bizim sayəmizdə deyil, bizim iqtisadiyyatımız dünyanın sayəsində ayaqda qalır. İndi isə dünya ABŞ-nin ayağının altından xalçanı çəkir."
Məşhur iqtisadçı iddia edir ki, dolların rezerv valyuta kimi dövrü başa çatır. O, yaxın gələcəkdə dolların dəyərini itirəcəyini və beynəlxalq ticarətdə, eləcə də yığım vasitəsi kimi qızılın yenidən mərkəzi rola sahib olacağını proqnozlaşdırır.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Yanvar 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















