Icma.az
close
up
RU
2010 cu ildən bəri ilk dəfə: Amerika biznesini iflas dalğası bürüyüb

2010 cu ildən bəri ilk dəfə: Amerika biznesini iflas dalğası bürüyüb

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ-da korporativ iflasların sayı "Böyük resessiya" dövründən bəri görünməyən səviyyələrə yaxınlaşır. İnflyasiya, yüksək faiz dərəcələri və 2025-ci ildə tətbiq olunan sərt gömrük rüsumları yüzlərlə şirkəti çöküşə sürükləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Post" yazır.

"S&P Global Market Intelligence" məlumatına görə, noyabr ayı daxil olmaqla ən azı 717 Amerika şirkəti iflas üçün müraciət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur və 2010-cu ildən bəri ən yüksək göstəricidir.

Bu il iflas edən iri şirkətlər arasında aptek şəbəkəsi "Rite Aid", genetik test şirkəti "23andMe", sürətli qida restoranları şəbəkəsi "Hooters" və aviaşirkət "Spirit Airlines" yer alır.

İflas dalğasını xərclərin davamlı təzyiqi, sərt kredit şərtləri və prezident Donald Trampın aqressiv ticarət siyasətinin yaratdığı zəhərli qarışıq qidalandırır. Sözügedən siyasət idxal olunan xammalın qiymətlərini artırıb və qlobal tədarük zəncirlərini pozub.

Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə ən böyük zərbə sənaye şirkətlərinə dəyib. İstehsalçılar, tikinti firmaları və nəqliyyat şirkətləri yeni iflas müraciətlərinin ən böyük payını təşkil edir. Bu, son illərdə pərakəndə satış şirkətlərinin üstünlük təşkil etdiyi mənzərə ilə kəskin ziddiyyət yaradır.

Federal məlumatlar göstərir ki, son bir ildə istehsal sektoru 70 mindən çox iş yerini itirib. Bu, Trampın rüsumların daxili istehsalı dirçəldəcəyi ilə bağlı açıqlamalarına baxmayaraq baş verib.

İstehlakçılara yönəlmiş və qeyri-zəruri tələbat mallarının satışına fokuslanan şirkətlər iflas sayına görə ikinci yerdə qərarlaşıb. Bu, inflyasiyadan yorulmuş amerikalıların vacib olmayan xərcləri azaltdığını göstərir. Xüsusilə geyim, ev əşyaları və aksesuar pərakəndəçiləri daha həssas vəziyyətə düşüb, çünki istehlakçılar xərclərində ərzaq, kirayə və kommunal ödənişlərə üstünlük verirlər.

Mütəxəssislər qeyd edirlər ki, bir çox şirkət müştəriləri itirməmək üçün qiymət artımını bilərəkdən məhdudlaşdırır, bu isə zərərlə işləmək bahasına başa gəlir.

Eyni zamanda aktivləri 1 milyard dollardan çox olan şirkətləri əhatə edən "meqa-iflaslar”ın sayı da artıb. "Cornerstone Research"in məlumatına görə, 2025-ci ilin ilk yarısında bu cür 17 iş qeydə alınıb ki, bu da 2020-ci ildəki koronavirus böhranından bəri istənilən yarımillik dövr üzrə maksimum göstəricidir.

Bununla belə, böhranın episentri hazırda sənaye sahəsidir. Polad, ehtiyat hissələri və enerji avadanlıqlarına tətbiq edilən rüsumlar istehsalçılara və təchizatçılara ciddi zərbə vurub, siyasətdəki dəyişikliklər isə bərpa olunan enerji sektorunun bir hissəsini zəiflədib.

Miçiqan Ştat Universitetinin professoru Ceyson Millerin sözlərinə görə, may ayından sonra idxal olunan günəş elementləri və panellərinə effektiv gömrük rüsumları təxminən 20 faizə yüksəlib. İlin ikinci yarısında günəş panelləri idxalçıları hər ay təxminən 70 milyon dollar rüsum ödəyiblər ki, bu da kiçik şirkətlər üçün dözülməz yükə çevrilib.

İqtisadçılar vurğulayırlar ki, idxaldan asılı olan şirkətlər iki tərəfdən sıxışdırılır: onlar xərcləri tam şəkildə istehlakçıların üzərinə qoya bilmir, eyni zamanda son onilliklərin ən yüksək rüsumlarını özləri qarşılamaq məcburiyyətində qalırlar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri