Icma.az
close
up
RU
“2014 cü ildən başlanan savaşın bir məqsədi var Aİ ni də SSRİ kimi dağıtmaq...”

“2014 cü ildən başlanan savaşın bir məqsədi var Aİ ni də SSRİ kimi dağıtmaq...”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Və Ukraynada müharibə dayandırılmasa, dünya bu təhlükədən uzaqlaşmayacaq. Odur ki, Donald Tramp praqmatik addım ataraq müharibənin dayandırılması və Rusiya ilə danışıqlara getməyin vacibliyini elan edib...”

“Bəli, Tramp-Putin görüşü tezliklə baş tutacaq. Başqa cürə ola da bilməz. Çünki bəşəriyyət bu saat Üçüncü Dünya müharibəsi həddinə gəlib çatıb. Nəzərə alsaq ki, bu saat dünyada gedən hərbi-siyasi proseslər ABŞ-dən idarə olunur və başqa ölkələr oradan qurulan geo-siyasi oyunların iştirakçılarıdır, yəni Amerikanın dediklərini edirlər, ola bilsin ki, elə bu ölkənin lideri tərəfindən Ukraynada müharibənin dayandırılması qərarı verilmişdir”. 

Siyasi analitik Tahir Cəfərli bunu  Moderator.az-a açıqlamasında "Trampla Putinin Ukrayna ilə bağlı görüşü tezliklə baş tutacaqmı və nə ilə nəticələnəcək?” sualını cavablandırarkən söyləyib.

“2014-cü ildə Avropa İttifaqından fərqli olaraq ABŞ Ukraynada dövlət çevrilişi etdi və Krımı Rusiyaya verməklə onu Aİ-yə düşmən etdi. Aİ ölkələri 2014-cü ilə qədər Rusiya ilə can-ciyər idi və onun nefti-qazı, təbiət sərvətlərindən faydalanıb, güclü inkişaf prosesi keçirdilər. Bu ona gətirib çıxaracaqdı ki, Avropa Amerikanı ayaqlayıb keçəcəkdi. Çünki Aİ inkişafda, ABŞ isə tənəzzüldə idi. Həmişə olduğu kimi, bu vəziyyətdən çıxmaq üçün Birləşmiş Ştatlar öz hərbi sənaye kompleksini işə salmaq və yenidən Avropanı silahlandırmalı idi. Ona görə də Ukraynada müharibə vacib idi. Bu müharibə Aİ-ni Rusiyaya düşmən etdi. Nəticədə Aİ yenidən silahlanmağa keçdi. Dəqiq və muhasir silahları isə ancaq ABŞ-dan ala bilərdilər. SSRİ dağılandan sonra çökmüş ABŞ hərbi sənaye kompleksləri işə düşdü və oranın boşalmış iqtisadi şəhərləri yenidən dirçəlməyə başladı. ABŞ dirçəldikcə Rusiya ilə müharibə aparan Aİ-nin iqtisadi vəziyyəti ağırlaşmağa başladı. Daha düzünü desək, ABŞ-dən tam asılı vəziyyətə düşdü”, -deyə davamında Tahir Cəfərli bildirib. 

“Ən maraqlısı odur ki, Ukrayna müharibəsi nəticəsində Rusiya dağılmadı, əksinə onun tərəfindən Krımdan başqa Şərqi Ukraynanın əksə hissəsi zəbt olundu və üstəlik, Rusiyanın hərbi sənaye kompleksləri(Sovet dövründən qalmış) bir-birinin ardınca işə düşdü və elə həddə çatdı ki, Rusiyanın ümumdaxılı məhsulu birə beş artdı. Rusiya bütün silahlarının tətbiqini Ukrayna cəbhəsində həyata keçirməyə başladı. Hazırda Ukrayna Qərblə Şərq arasında hərbi silahların tətbiqinə çevrilmiş poliqonu xatırladır. Ukraynalıların asanlıqla Kurska girmələri Rusiya tərəfində qurulmuş bir tələdir və bunun nəticəsində Rusiya Ukraynada sonuncu giper silahını “Oreşnik”i -“Fındığı” partlatdı. Bu silah, demək olar ki, bəşəriyyətin 3-cü Dünya müharibəsi həddinə çatdığını göstərdi. Və Ukraynada müharibə dayandırılmasa, dünya bu təhlükədən uzaqlaşmayacaq. Odur ki, Donald Tramp praqmatik addım ataraq müharibənin dayandırılması və Rusiya ilə danışıqlara getməyin vacibliyini elan edib. Faktiki olaraq bu təklifi ilə Tramp bəşəriyyəti 3-cü dünya müharibəsindən xilas edəcəyi mesaşını verib. Tramp- Putin görüşünü zəruri edən səbəblər elə bunlardır. İndi “Onların görüşü bu müharibəyə son qoyacaqmı?” –sualı ortaya çıxır. Həqiqət isə bambaşqadır. İnanılası deyil. Çünki Trampın ortaya qoyduğu şərtlər əslinə qalsa, Rusiya ilə dünyada tarazlığı saxlamaq üçün monopolyarlıqdan polipolyarlığa keçməkdir. Deməli, planetdə maraq dairələrində olan ölkələri bölüşdürməlidirlər. ABŞ və Rusiya soyuq müharibəyə keçmək ərəfəsindədir. Hələlik isə nə ABŞ, nə də Rusiya Ukraynada müharibəni dayandırmaq marağında olmayacaq. 2014-cü ildən başlanan müharibənin bir məqsədi var- Aİ-ni SSRİ kimi dağıtmaq. Bunun üçün Aİ-nin iqtisadiyyatını SSRİ iqtisadiyyatı kimi çökdürmək lazımdır. ABŞ analitikləri qeyd edirlər ki, hələ o həddə çatmayıb. Aİ isə SSRİ-nin bir variantıdır”, -deyə analitik diqqətə çatdırıb.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri