Icma.az
close
up
RU
2014 də donub qalan Sxadadze və ya bəhanələr dünyasına xoş gəlmisiz!

2014 də donub qalan Sxadadze və ya bəhanələr dünyasına xoş gəlmisiz!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

O, bu ölkəyə gəlib-getmiş ən yaxın məşqçilərdən biridi. Amma 2008-14 aralığındakı versiyası.

Azərbaycan maşın bazarında Almaniya istehsalı olan bütün köhnə avtomobillər “Made in China” möhürü ilə ölkəyə gətirilən, başdan-ayağa elektronika olan nəqliyyat vasitələrinə uduzduğu kimi, Kaxaber Cumberoviç Sxadadzenin yeni, 2014-ün fevralında “Qəbələ”nin “sükanı arxasına” keçən versiyası da “Standart”ı və “İnter”i çalışdıran modelindən açıq-aşkar geri qalır.
Bilirəm, qırmızı-qara rənglərə könül verən, gürcü mütəxəssisə az qala İsa Məsih gözü ilə baxan azarkeşlər üçün acı, çox acı reallıqdı. Amma barışın və mövsümün sonundakı aqibətinizi gözləyin. Zatən, başqa yolunuz da yoxdu!
Sxadadzenin hər mətbuat konfransı artıq söz və bəhanə yığınından başqa hansısa dəyər daşımır. Gah futbolçularının elita səviyyəsində olmadığını deyir, gah azarkeşlə sözləşir, gah günahı Süleyman Damadayevdə görür. Özünü isə heç nəyə görə günahkar saymır. Onsuz da Azərbaycanda məşqçinin məğlubiyyətlərin və uğursuzluqların səbəbini öz səhvlərində axtarması heç vaxt trend olmayıb, bundan sonra da olmayacaq. Məsələn, Samir Abasov hələ də özünü nəinki ölkənin, hətta bəlkə Cənubi Qafqazın ən güclü məşqçisi sayır. Halbuki hər şey, daha dəqiqi, onun “sənət əsəri” olan “Neftçi” ortadadı.
Abasovla haqq-hesabım sonraya qalsın, Sxadadzedən danışırdım. Adam nəyə görəsə etiraf etmək istəmir ki, seleksiyam tam bir fiasko olub, 1-ci liqa ilə premyer-liqanın reallıqlarını düzgün dəyərləndirməmişəm, elitada bu səviyyədə rəqabət olacağını gözləmirdim, kəsəsi, “İnter”dən ayrıldığım dönəmdə - 2014-də donub qalmışam, halıma ağlayan lazımdı. Əvəzində onun açıqlamalarında lirik-melanxolik ovqat var: “mən heç kimdən zəif görünmək istəmirəm”, “nəyisə atıb-getmək asandı”, “söz vermişəmsə, tutacam” və s. və i.a. Sanki gürcü məşqçi uğursuz bir məhəbbət dastanı yaşayır, necə olur-olsun, o qızla vidalaşmaq istəmir, gec tez barış yolu tapacağına, ulduzlarının barışacağına inanır. Nə bilim, vallah!
Adam iddiaları ilə imkanlarını düzgün hesablamayanda məhz elə Sxadadzenin gününə düşür. Hər gün “oyun varsa, nəticə də olacaq” kimi yayğın və heç bir ciddi əsası olmayan tezisin arxasına sığınıb dayanır. Amma nə vaxta qədər, batono Kaxa? Məncə, artıq yeni bəhanələr düşünmək lazımdı!
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Noyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri