20,2 milyon “Sabah”ın, 2,7 milyon digər üç klubun
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan klublarının 2026/2027 mövsümündə UEFA-dan indiyədək əldə etdiyi zəmanətli gəlir müəyyənləşib. Sport24.az xəbər verir ki, ölkə təmsilçiləri bu günə olan göstəricilərə əsasən ümumilikdə 22,9 milyon avro qazanmağı təmin ediblər.
Bu məbləğin böyük hissəsi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ın payına düşür. "Bayquşlar" indiyədək 20,2 milyon avro zəmanətli gəlir əldə ediblər.
Digər üç klubumuzun – "Qarabağ", "Zirə" və "Neftçi"nin ümumi qazancı isə 2,7 milyon avro təşkil edir.
Beləliklə, "Sabah" təkbaşına Azərbaycan klublarının UEFA-dan təmin etdiyi ümumi gəlirin təxminən 88 faizini formalaşdırır. Bu göstərici ölkə çempionunun avrokuboklarda qazandığı tarixi uğurun maliyyə tərəfinin də kifayət qədər böyük olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 31 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















