Icma.az
close
up
RU
2020 2023 cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını açıqladı

2020 2023 cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını açıqladı

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.

"Unikal" xəbər verir ki, sərbəst ifadə verən Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs *Davit Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirərək deyib: “Birinci müharibə zamanı xidməti mövqeyim, vəzifəm olmayıb. İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması... Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın şəkildə yazılıb: “Döyüş hazırlığı ilə məşğul olmaq”. Orada müharibənin planlaşdırılması yoxdur. Bu, anlaşılan deyil, əlaqəsizdir”.

O, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib: “Mən siravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam...Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam”.

Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib: “İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək qeyd edib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Davit Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan Resublikasının vətəndaşlarının qondarma rejimin “ordusu”nda hərbi xidmət keçdiyini qeyd edərək diqqətə çatdırıb: “Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisar aparıb briqada səviyyəsinə saldılar”.

O, həmçinin 2020-2023-cü illər ərzində Qarabağda təxminən 10 minədək hərbi qulluqçunun olduğunu deyib. Bundan başqa, istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini söyləyib.

Təqsirləndirilən şəxs evində tapılmış silahlar barədə də danışıb: “Mənim Xankəndidəki mənzilimdə iki silahım olub. Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri