2023cü ilin oktyabrından Qəzzada mindən çox həkim və tibb bacısı həlak olub
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fələstin-İsrail münaqişəsi 2023-cü ilin oktyabrında kəskinləşməyə başlayandan bəri Qəzza zolağında 1000-dən çox həkim və tibb bacısı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi anklav hökumətinin bəyanatına istinadla məlumat yayıb.
WAFA-nın istinad etdiyi sənəddə həmçinin qeyd olunur ki, anklavın tibb müəssisələrinin 310-dan çox əməkdaşı həbs edilib, işgəncələrə məruz qalıb və həbsxanalarda edam edilib.
“Bundan əlavə, İsrail ordusu Qəzza zolağına dərman idxalını qadağan edir və tibb heyətlərinin və həkimlərin ziyarətinə mane olur. Xəstəxanalar onları bombalayan, mühasirəyə alan və basqın edən, həkim və tibb bacılarını öldürən və yaralayan İsrail ordusunun hədəfindədir”, - bəyanatda deyilir.
WAFA həmçinin qeyd edir ki, 2023-cü il oktyabrın 7-dən etibarən İsrail təcavüzünün qurbanlarının sayı 44 211 nəfərə çatıb, daha 104 567 nəfər yaralanıb.
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















