Icma.az
close
up
RU
2024 cü ildə Akademik Musiqili Teatrdan teatrsevərlərə 10 tamaşa FOTOLAR

2024 cü ildə Akademik Musiqili Teatrdan teatrsevərlərə 10 tamaşa FOTOLAR

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər zaman bir-birindən maraqlı layihələri ilə teatrsevərlərin marağına səbəb olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 2024-cü ili də uğurla başa vurub. Özünəməxsus və zəngin repertuar siyasətinə malik sənət ocağında ötən il müxtəlif janrlı 10 tamaşanın premyerası olub.
“Adamın adamı” (Vasif Adıgözəlov, Anar, quruluşçu rejissor Əsgər Əsgərov), “Palata” (Anton Pavloviç Çexov, səhnələşdirən B.Osmanov, quruluşçu rejissor Ər-Toğrul), “Qadınım” (Tuncər Çücənoğlu, quruluşçu rejissor İradə Gözəlova), “Əliqulu bu gün evlənir” (O.Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal), “Aysedora” (Zinovi Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev), “Killerdən teleqram” (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev), “İnanıram” (Ülviyyə Heydərova, rejissor Leonid Klets) tamaşalarının premyeraları anşlaqla keçib.
Həm azərbaycan, həm də rus dilində hazırlanan “İki küpəgirən qarı” (Əli Əlizadə, Tatyana Karelina, Roman Sef, quruluşçu rejissor Əhəd Hacıyev) və Yeni il hədiyyəsi kimi “Evdə tək” (Kris Kolumbusun eyniadlı filmi əsasında, quruluşçu rejissor Zaur Əliyev) tamaşaları da balaca teatrsevərlərin ixtiyarına verilib.
Qeyd edək ki, “Əliqulu bu gün evlənir” tamaşası “Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi münasibətilə təqdim olunub.
Teatrın yaradıcı heyəti yeni tamaşaları ilə həm müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, həm də ölkədaxili qastrollarda iştirak edib, müəyyən nominasiyalar üzrə mükafatlara layiq görülüb.
“Aysedora” Belarusun Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında, “Killerdən teleqram” monotamaşası isə Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. “Qadınım” tamaşası isə həm Türkiyənin Konya şəhərində 16-cı dəfə keçirilən “Min nəfəs, bir səs” Teatr Festivalında, həm də Gəncə Dövlət Filarmoniyasının səhnəsində təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Yanvar 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri