2024 cü ildə dünya üzrə aviaşirkətlərin sərnişin axını rekord həddə çatıb
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü ildə dünya üzrə aviaşirkətlər sərnişin dövriyyəsini 10,4% artıraraq rekord həddə çatdırıblar.
Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə bu göstərici 3,8% artıb.
Təyyarələrin doluluq nisbətləri bir il əvvəl 82,2%-lə müqayisədə 83,5%-ə yüksəlib ki, bu da rekord göstəricidir.
Ötən il aviaşirkətlər beynəlxalq reyslərdə sərnişin dövriyyəsini 2023-cü illə müqayisədə 13,6%, daxili reyslər üzrə isə 5,7% artırıb.
"2024-cü il insanların səyahət etmək istədiklərini çox aydın şəkildə göstərdi, həm daxili, həm də beynəlxalq marşrutlarda səyahətlərin sayı rekord səviyyəyə çatdı", - IATA-nın baş direktoru Uilli Uolş bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Yanvar 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















