2024 də əsas kapitala 22 milyard manata yaxın investisiya yönəldilib
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artıb.
İstifadə olunmuş investisiyanın 10641,3 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 8221,1 milyon manatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 18145,7 milyon manatını və ya 84,7 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 15524,9 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Baxış sayı:147
Bu xəbər 17 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















