“2024 YR4” asteroidi Yer üçün təhlükəlidir?
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son həftələrdə yeni kəşf edilən "2024 YR4 "asteroidi ilə bağlı ehtimallar bir qədər dəyişib.
"Cebheinfo.az" xəbər verir ki, hazırda bu göy cismi teleskoplar vasitəsi ilə diqqətlə izləyir. Lakin alimlər bildirirlər ki, onun Yerlə toqquşma ehtimalı çox aşağıdır.
Son hesablamalara görə, "22024 YR4" asteroidinin 2032-ci ildə Yerə çırpılma ehtimalı 2 %, planetimizi təhlükəsiz keçib getmə ehtimalı isə 98 % təşkil edir.
Astronomlar vurğulayırlar ki, asteroidin Günəş ətrafındakı trayektoriyası daha dəqiq öyrənildikcə, bu risk dəyişəcək və böyük ehtimalla sıfıra enəcək.
Qeyd edək ki, NASA və Avropa Kosmik Agentliyinin "Webb" teleskopu mart ayında bu asteroidin hərəkətini izləyəcək.
Lakin həmin vaxtdan sonra obyekt bir müddət görünməz olacaq və alimlər onun trayektoriyasını yenidən dəqiqləşdirmək üçün 2028-ci ili gözləməli olacaqlar.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 14 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















