Icma.az
close
up
RU
2024cü ildə neft və qaz hasilatı göstəricilər açıqlanıb

2024cü ildə neft və qaz hasilatı göstəricilər açıqlanıb

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Energetika Nazirliyinin  operativ məlumatlarına əsasən, respublikada ötən il ərzində 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib.

Modern.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 24,4 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 21 milyon tonu konsorsiumların, 2,8 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. 

Neftin emalı ötən il ərzində 5,8 milyon ton təşkil edib. 

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 776 min ton (609 min barrel) olub. Bunun 65 987 min tonunu (487 min barrel) xam neft, 14 789 min tonunu (122 min barrel) kondensat təşkil edib. 

2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb.  Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 601,5 milyon ton neft, 229,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,7 milyon tona yaxın kondensat,  236,8 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01 yanvar 2025-ci il tarixinədək 648,3 milyon ton neft, 169,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri