Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

2024cü ilin iqtisadi yekunu: Xankəndi və Xocalıda hansı işlər görülüb?

2024cü ilin iqtisadi yekunu: Xankəndi və Xocalıda hansı işlər görülüb?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad edilən Xankəndi şəhərində və Xocalı rayonunda son bir ildə geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, 2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb.

İlk növbədə ərazidə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin olunub. 

Xankəndidə, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin dəstəklənməsi, o cümlədən özəl sahibkarlıq subyektləri tərəfindən investisiyaların cəlb edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. 

Belə ki, hazırda ərazidə istehsal, xidmət, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələr üzrə yüzlərlə sahibkarlıq obyekti fəaliyyət göstərir. Qeyd olunan obyektlər üzrə 10 milyonlarla manat investisiya reallaşdırılmış və yüzlərlə insan işlə təmin edilmişdir. 

Ərazidə xarici investisiyanın cəlb edilməsi ilə yaradılan və məşğulluğun təmin edilməsində böyük rol oynayan müəssisə kimi Xankəndi şəhərindəki tikiş fabrikini qeyd etmək olar.

Cari ilin noyabr ayında Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə videobağlantı vasitəsilə açılışı olmuş və Özbəkistan investisiyası əsasında fəaliyyətə başlamış müəssisdə ilkin mərhələdə 400, gələcəkdə isə 800 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Hazırda müəssisədə 300 nəfər işləyir. 

Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixracı planlaşdırılır.

Bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da aparılan bərpa-quruculuq işləri cənab Prezidentinin birbaşa nəzarəti altında həyata keçirilir və bu işlərlə yerində tanışlıq məqsədilə ölkə başçısı tərəfindən ərazilərə tez-tez səfərlər təşkil edilir. 

Cənab Prezidentin iştirakı ilə cari ilin 28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi ilə əraziyə keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi start götürüb. Dekabrın 13-də Xocalının Ballıca kəndinə 27 və dekabrın 27-də isə daha 21 ailə köçürülüb. 

Yaxın müddətdə Xankəndidən olan keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi də start götürəcək. Hazırda isə Xankəndidə 8 minə yaxın insan məskunlaşmışdır və bu say günü-gündən artmaqdadır. 

Bundan başqa ötən dövr ərzində ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimi və açılışı baş tutub.  5 iyul 2024-cü il tarixli səfəri zamanı cənab Prezident tərəfindən Xocalı Hava Limanının ərazisinə baxış keçirilib və hava limanının fəaliyyətinin bərpası ilə bağlı tapşırıqlar verilib. Ərazinin loqistik imkanlarının artırılması baxımından hava limanının fəaliyyətinin bərpası mühüm əhəmiyyət kəsb edir. 

Bundan başqa, səfər çərçivəsində cənab Prezident Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” otellərinin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub.

Qeyd edilən səfər zamanı dövlət başçısı həmçinin, Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək Konqres Mərkəzi və onunla bir kompleksdə yer alacaq “Xankəndi” hotelinin layihəsi barədə ölkə başçısına məlumat verilib. 

20 sentyabr 2024-cü il tarixində cənab Prezident tərəfindən Xankəndiyə növbəti səfər baş tutub. Səfər çərçivəsində Qarabağ Universitetinin, yeni istifadəyə verilmiş orta məktəb və uşaq bağçasının açılışı olub. Qarabağ Universitetində müasir tədris korpusları, eləcə də Universitetin tələbə və müəllimləri üçün müasir standartlara uyğun yataqxana və mənzillər təqdim edilib. 

Eyni zamanda cənab Prezident Xankəndi şəhərinin “Zəfər meydanı”nda Konqres Mərkəzinin tikintisi və “Bulud” hotelin təmir-bərpa işləri ilə də tanış olub. Mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq. 

Səfər çərçivəsində cənab Prezident tərəfindən yerli əhəmiyyətli mədəniyyət abidəsi olan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı binasına baxış keçirilib və binanın bərpası ilə bağlı mühüm tapşırıqlar verilib.

Xankəndi şəhərində bərpa-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, abadlaşdırma və əhalinin geri dönüşü istiqamətində yaşayış məntəqələrində aparılan işlərin maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə ölkə başçısı tərəfindən bir sıra mühüm Sərəncamlar imzalanmışdır. 

Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılmışdır. 

Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir. 

2024-cü ildə olduğu kimi 2025-ci ildə də müvafiq ərazidə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see318

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see185

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see140

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see130

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see128

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see128

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see127

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see125

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see124

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see123

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see122

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see122

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri