“2025 ci il Azərbaycan üçün çoxşaxəli uğurlarla yadda qaldı” Ceyhun Məmmədov
Icma.az, Sia Az saytına istinadən bildirir.
“2025-ci il Azərbaycan xalqı üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə etdiyimiz nailiyyətlər daha da möhkəmləndi. Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam etdirildi”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, ötən ilin ən önəmli hadisələrindən biri 8 avqust tarixində ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilmiş görüş olub: “Bu görüş və sülh prosesində əldə olunan irəliləyiş bir daha göstərdi ki, 2025-ci il ölkəmiz üçün diplomatik və siyasi baxımdan uğurlu bir il oldu”.
Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan–Ermənistan münasibətləri artıq yeni mərhələyə qədəm qoyub: “Hazırda münasibətlərin normallaşması istiqamətində səmimi addımlar atılır, rəsmi təmaslar intensivləşir və Azərbaycan tərəfindən Ermənistana konstruktiv mesajlar verilir”.
Deputat Azərbaycan–Türkiyə münasibətlərinin inkişafına da xüsusi diqqət çəkib: “Qardaş Türkiyə ilə əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, sıx siyasi dialoq və imzalanan sənədlər münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu bir daha təsdiqləyir”.
O, Azərbaycan ilə ərəb ölkələri arasında əlaqələrin genişlənməsini də mühüm məqam kimi dəyərləndirib: “Müsəlman dünyasının bir parçası olaraq Azərbaycan ərəb ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Son illərdə bu ölkələrin Azərbaycana yatırdığı investisiyaların artması münasibətlərin möhkəmləndiyini göstərir”.
Deputat əlavə edib ki, 2025-ci il Avropa ölkələri ilə əlaqələrin inkişafı baxımından da əlamətdar olub: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır və bu amil ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir”.
Çıxışında Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə də toxunan Ceyhun Məmmədov Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdiyini vurğulayıb: “Cənab Prezidentin Mərkəzi Asiya ölkələrinə etdiyi səfərlər və qarşılıqlı ziyarətlər bu əməkdaşlığın strateji xarakter aldığını göstərir”. Deputat çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbriklərini çatdırıb: “Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda və dünyada mövqeyi daha da möhkəmlənib. Qarşıdakı illərdə bizi yeni uğurlar və zəfərlər gözləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















