Icma.az
close
up
RU
2025 ci il Konstitusiya və Suverenlik İli 30 İllik Tarixə Baxış

2025 ci il Konstitusiya və Suverenlik İli 30 İllik Tarixə Baxış

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Cənab Prezidentin sərəncamı ilə 2025- ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu sərəncamın verilməsi  iki amildən irəli gəlir. Birincisi, Azərbaycan torpaqları 30 il  işğal altında olub. Nəhayət, 44 günlük müharibə zamanı işğal olunmuş torpaqlarımız düşməndən azad oldu. Eyni zamanda, Azərbaycan ordusu antiterror tədbirləri nəticəsində separatçı rejimi darmadağın edərək ərazilərimizi  işğaldan azad etməklə suverenliyimizi tam bərpa etmiş olduq.  Prezidentin sərəncamı ona köklənib ki, 2025-ci  il artıq o ildir ki, biz həmin ili ölkəmizin tam suveren vəziyyətdə olduğu il kimi qeyd edəcəyik. Yəni torpaqları işğaldan azad olunmuş və həmin ərazilərdə abadlıq, quruculuq  işlərini aparan bir dövlət kimi artıq suverenliyimizi qeyd edə bilərik. 2025-ci il  suveren bir dövlətin rəmzi kim  qeyd olunacaq”

Bunu Moderator.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi xatırladıb ki, Azərbaycan konstitusiyasının qəbulundan 30 il ötür:

“Konstitusiyamızın banisi, onun memarı ulu öndər Heydər Əliyev olub. 1995-ci ildə konstitusiya qəbul olunarkən  Heydər Əliyev tərəfindən komissiya yaradılmışdı. Komissiya yeni konstitusiyanın müddəaları üzərində işlədikdən sonra ümumxalq müzakirəsinə çıxarıldı və sonra da referendum yolu ilə Azərbaycan xalqı tərəfindən Azərbaycan Konstitusiyası qəbul olundu. Azərbaycan Konstitusiyası bir çox məqamlara görə fərqlidir. MDB dövlətləri 1995-ci ildə yeni müstəqil olmuşdular və qanunvericiliklərini dəyişdilər. Azərbaycanın Konstitusiyası MDB məkanında ilk konstitusiyalardan biridir ki, onun təxminən 40-dan çox maddəsi insan hüquq və azadlıqlarına həsr olunur. Eyni zamanda, bu konstitusiyada vətəndaşların hüquq və azadlıqları qeyd edilməklə, dövlət və hakimiyyət orqanlarının vəzifələri, funksiyaları öz əksini tapıb. Ən mütərəqqi, ən demokratik  konstitusiyalardan biri kimi Azərbaycan Konstitusiyası tarixə düşüb.Konstitusiyamız 30 il zaman keçməsinə baxmayaraq  hazırkı durumda ən mütərəqqi və ən demokratik konstitusiyalardan biridir.

Cənab Prezidentin məhz  “Konstitusiya və Suverenlik ili” ilə bağlı imzaladığı sərəncamı  həm konstitusiyamızın 30 illiyi, həm də  30 illik  işğaldan sonra suverenliyimizin bərpası ilə bağlı olan bir sərəncamdır. İlimiz, uğurlu gəlsin!  2025-ci il Azərbaycan xalqı üçün uğurlu olsun!  Suverenliyimizin möhkəmlənməsi istiqamətində dövlətimizin gördüyü tədbirlər uğurlu olsun!".

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri