2025 ci ildə dövlət büdcəsindən bələdiyyələrə 7,5 milyon manat vəsait ayrılıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 9 fevral, AZƏRTAC
2025-ci ildə də bələdiyyələrə dövlət büdcəsindən maliyyə dəstəyi göstərilib. Dövlət büdcəsində yerli büdcələr üçün nəzərdə tutulmuş dotasiya məbləği 7,5 milyon manat vəsait təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.
Məruzədə qeyd edilib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17053 inzibati akt olub. İl ərzində onlardan 11360-nın, başqa sözlə 66,6 faizinin icraatı tamamlanıb, yaxud icrası qismən təmin edilib. 2025-ci ilin sonuna qalıq qalan 5693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















