2025 ci ildə dünyada təbii fəlakətlərin vurduğu ziyan 150 milyard dollara çata bilər
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
2025-ci ilin birinci yarısında dünyada təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 80 milyard dollar təşkil edib ki, bu da tendensiya davam edərsə, ilin ikinci yarısı üçün gözlənilən itkilərlə birlikdə ildə 150 milyard dollar təşkil edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu proqnozla İsveçrənin “Swiss Re” şirkətinin analitikləri çıxış ediblər.
“Bizim məlumatlara görə, 2025-ci ilin birinci yarısında təbii fəlakətlər nətəcəsində kompensasiya edilməli olan itkilər 80 milyard dollara çatıb ki, bu da tendensiyanı üstələyir. Əgər dinamika davam edərsə, bu il təbii fəlakətlərdən sığortalanmış zərərlər 2025-ci ilin qiymətləri ilə 150 milyard dollara yaxınlaşa bilər”, - şirkətin hesabatında deyilir.
Şirkət indiyə qədər 2025-ci il itkilərinin ən böyük hissəsinin 40 milyard dollar ziyana səbəb olan yanvardakı Los-Anceles meşə yanğınları olduğunu bildirib.
Şirkətin məlumatına görə, Atlantik qasırğa mövsümü 2025-ci ilin ikinci yarısında təbii fəlakətlərdən iqtisadi itkilər baxımından ən böyük təhlükə yaradır. 2025-ci ilin birinci yarısında qasırğalar artıq 31 milyard dollar ziyan vurub.
Bu mövzuda digər xəbərlər:Şmıqal: 2025 ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər
16 Dekabr 2025 19:18
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 İyul 2025 18:40
Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur
15 İyul 2025 16:32
BMT: Təbii fəlakətlərin vurduğu ziyan ehtimal olunandan 10 dəfə çoxdur
02 İyun 2025 03:51
2025 ci ildə “SpaceX”in gəlirləri 15,5 milyard dollara çatacaq
04 İyun 2025 19:32
Baxış sayı:120
Bu xəbər 09 Avqust 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















