Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

2025 ci ildə kimlər necə yadda qaldı Siyahı

2025 ci ildə kimlər necə yadda qaldı Siyahı

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il ərzində şou-biznes aləmində bir çox hadisələrə şahid olduq. Kimi yalnız yaradıcılığı, kimi qalmaqallı açıqlamaları, kimi yersiz qalmaqalları, kimi də saxta həyat yoldaşı ilə gündəmdən düşmədi.

Axşam.az 2025-ci ildə sənət adamlarının nə ilə yadda qalmasını təqdim edir:

Xalq artisti Aygün Kazımova bu il təqdim etdiyi mahnılar, kliplər, qatıldığı məkanlardakı çıxışlarla gündəmdən düşməyib. Pop kraliça ilin ilk ayında həyatını əks etdirən "Etiraf" klipi ilə hər kəsi kövrəldib. Ölkənin əsas ulduzu daha sonra "Əlcək" mahnısını sevənlərinin ixtiyarına verib. Pop kraliçanın növbəti hiti isə "Abrakadabra" olub. 2025-ci ilə isə damğa vuran iş "Best of Aygun" albomu olub. Şou-biznesin 32 ifaçısı bir araya gələrək Kazımovanın 31 mahnısını oxuyub. 

Estradamızın "incisi", Əməkdar artist Xumar Qədimova da 2025-ci ildə bir-birindən fərqli, gözəl mahnılar təqdim edib. Qədimova Azərbaycanda heç kimin etmədiyi addımı ataraq Şekspirin 90-cı sonetini oxuyub. O, bununla ən böyük arzusunu gerçəkləşdirdiyini deyib. Müğənninin növbəti hiti “Eşq naməsi” olub. Xumarın illər əvvəl oxuduğu "Ağla" mahnısı bu il Türkiyədə TikTok-da trend olub. Qədimova daha sonra “Vəhşi kimi” mahnısı ilə gündəmə gəlib. Müğənni ilin sonuna da hit bir mahnı ilə yekun vurub. Belə ki, onun "Əfəndim" mahnısı çıxdığı gündən sevilib. 

Xalq artisti Röya Ayxan 2025-ci ildə yeni mahnılarla, solo konsertlə gündəmə gəlib. Sənətçinin mahnıları arasına "Bədənimə dol", "Qızım", "Boş bəhanələr", "Verdim getdi", "Sevgin yaşayır", "Elə bilmə", "Gəl mənimlə", "Nuş olsun", "Günahkar kimdir" kimi mahnılar oxuyub. İlin sonunda isə Röya həmkarı Elçin Cəfərovla duet səsləndirib. yaradıcılığının 25 ilini qeyd edən Röya iki solo konsert verib. Onun 3 günlük solo konserti Heydər Əliyev sarayı, növbəti 3 günlük konserti isə Heydər Əliyev Mərkəzində baş tutub. Röya Ayxanın Kann Festivalına qatılması da ilin hadisəsi olub. 

Xalq artisti Zülfiyyə Xanbabayeva il ərzində sevənlərinə “Xatırlayıram”,  “Öyrəndim sevməyə” və “Nələr gördüm”  adlı mahnılar təqdim edib. Xanbabayeva mahnıları üçün kamera qarşısına keçərək klip də çəkdirib. 

İlin ən təəccübləndirən hadisəsi Xalq artisti Afaq Bəşirqızı ilə Əməkdar artist Almaz Ələsgərlinin davası olub. Bəşirqızı iclas zamanı iştirakçılardan birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.

2025-ci ildə şou-biznes qalmaqalları ilə də yadda qalıb. Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirinin əvvəl mahnı üstündə başlayan qalmaqalı, söz davasına çevrilib. Hər iki ifaçı "Ölüm haqdır" mahnısını oxuyub. Əminə bəstəni pulla aldığını, Tacirin ona haqsızlıq etdiyini bildirib. Daha sonra Tacir Əminəni sözləri düzgün tələffüz etmədiyini bildirib. Bu isə Əminənin xoşuna gəlməyib.

Bu ilin ən səs-küylü qalmaqalı müğənni Kərim Abasovla Xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva və Əməkdar artist Təyyar Bayramov arasında yaşanıb. Kərim müğənnilərin ifasını paylaşaraq, onları tənqid edib. Bu isə birmənalı qarşılanmayıb və hər kəs Kərimi buna görə qınayıb. və haqsız adlandırıb. 

Müğənni Ayan Babakişiyeva bu il uzun fasilədən sonra yaradıcılığına qayıdıb. Sənətçi bir-birinin ardınca mahnılar və kliplər təqdim edib. Onun "Mən səni sevməməliydim" mahnısı isə hitə çevrilib.

Müğənni Günay İbrahimli də bu il yeni fotoları, mahnı və kliplərlə gündəmə gəlib. Onun "Mən beləyəm" mahnısı hitə çevrilib.

Əməkdar artist Elton Hüseynəliyev ilin son qalmaqalına imza atıb. Uzun müddət sonra efirə çıxan sənətçi Xalq artisti Flora Kərimova və Əməkdar artist Lalə Məmmədovanın ünvanına xoşagəlməz sözlər səsləndirib. O, Laləni Xalq artisti Brilliant Dadaşovanı təkrarlamaqda ittiham edib.

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovun davası 2025-ci ildə də bitməyib. Vüqar barışıq addımı atsa da, Seyidcahan bağışlamayıb. Vüqarın addımına müğənninin cavabı "Deyir ki, uşaqların tərbiyəsini pozur. Uşaqların tərbiyəsini sizin pis düşüncələriniz poza bilər" olub. 

Bu il Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyevanın boşanması olub. S.Haqverdiyeva ailəsinə və özünə bir çox təzyiqlər olunduğunu, buna görə boşandığını deyib. 

İlin ən yaddaqalan çıxışı müğənni Mətanət Əsədovanın Şəbnəm Tovuzlunun ünvanına "Şəbnəmdən zəhləm gedir" deməsi olub. Şəbnəmi şoka salan bu açıqlama tənqid edilib. Şəbnəm əsədova ilə heç bir qalmaqal yaşamadığını, onun niyə belə açıqlama verdiyini bilmədiyini deyib. 

Bu il Əməkdar artist Könül Kərimova ilə şair Nazilə Səfərli küsüb. Nazilə qarşı tərəfin onu "qara siyahı"ya atdığını deyib. Buna səbəb isə Nazilənin şeirlərini icazəsiz oxunmasına qaradağa qoyması olub. 

İlin ən səs-küylü davası Əməkdar artist Fərqanə Qasımova ilə müğənni Nigar Camal arasında yaşanıb. F.Qasımova Nigarın açıq geyimi ilə bağlı paylaşıma "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır -  türk qardaşlarımız demişkən" şərhini yazıb. Nigar isə buna əsəbiləşərəq Fərqanənin bütün sirlərini ortaya töküb. O, muğam ifaçısının etdirdiyi plastik əməliyyatları sadalamağa başlayıb. 

Xalq artisti Brilliant Dadaşova da il boyu yaradıcılığı ilə gündəmə gəlib. Müğənni "Avroviziya" təmsilçimiz Aisellə (Aysel Məmmədova) duet oxuyub. Onlar birlikdə “Ayrı düşdük” mahnısını səsləndirib. 

 

Müğənni Lətifə uzun fasilədən sonra sevənlərinə yeni mahnı təqdim edib. İfaçı bu dəfə "Özün kimi" mahnısını ifa edib.

Aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Aysel Əlizadənin illərdir davam edən məhkəmə prosesi bu il sona çatıb. Aysel məhkəmədə qalib olub və qarşı tərəfdən təzminat alıb.

İlin ən gözlənilməz hadisəsi müğənni Rəqsanə İsmayılovanın həbsi olub. Dələduzluqda ittiham olunan sənətçi 3 ay sonra azadlığa buraxılıb. 

Bu il ən çox tənqid edilən müğənni Samirə Əfəndi oldu. Sənətçi Qazaxıstanda musiqi yarışmasında erməni iştirakçıya 10 xal verib onu qucaqlaması ilə gündəmə gəlib. Samirə bu hərəkətinə görə linç edildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Dekabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri