Icma.az
close
up
RU
2025 ci ildə müharibədə ölənlərin SAYI Onlardan nə qədəri mülki vətəndaşdır?

2025 ci ildə müharibədə ölənlərin SAYI Onlardan nə qədəri mülki vətəndaşdır?

Lent az saytına istinadən Icma.az xəbər verir.

2025-ci il müharibələrin “qızğın” olduğu illərdən biri kimi yadda qaldı: yeni cəbhələr açıldı, bəzi münaqişələr daha da şiddətləndi. Eyni zamanda informasiya müharibəsi gedirdi. Sosial media görüntüləri, şahid videoları, blogerlərin araşdırmaları real döyüş meydanının bir parçasına çevrildi. Beynəlxalq statistika isə bizim bəhs etdiyimiz dəhşətdən rəqəmlərlə danışır. Bu standarta görə, müharibədəki insan faciəsi belə bölünüt: “battle deaths” (döyüşlə bağlı birbaşa ölüm), “organized violence” (mütəşəkkil zorakılıq) və “one-sided violence” (mülki əhaliyə qəsdən hücumlar) kimi.

Lent.az-ın əməkdaşının hazırladığı bu yazıda 2025-ci ildə müharibələrdə nə qədər insanın ölməsi araşdırılıb.

2025-ci il dünyada silahlı münaqişələrin həm coğrafi, həm də “şiddət” baxımından genişləndiyi dövr kimi yadda qaldı. Ukrayna müharibəsi, Qəzza və bölgədə davam edən eskalasiya dalğaları, Sudanda dağıdıcı vətəndaş müharibəsi, Myanmada parçalanmış silahlı qarşıdurmalar, Latın Amerikasında silahlı qruplaşmalar və Gang zorakılığı kimi müxtəlif tip münaqişələr eyni ildə paralel şəkildə qlobal ölüm statistikasını ağırlaşdırdı. Lakin ən vacib sual budur: 2025-ci ildə müharibələrdə neçə nəfər öldü və bunların nə qədəri mülki şəxs idi?

2025-ci il üçün ən yaxın qlobal ölüm rəqəmi: 240 mindən çoxdur

Qlobal miqyasda 2025-ci ili əhatə edən ən güclü “near real-time” (tam real vaxtda) göstəricilərdən biri ACLED-in Conflict Index (dünyada müharibə, silahlı toqquşma, terror aktı və siyasi zorakılığın səviyyəsini, intensivliyini və trendini ölçən qlobal analitik göstərici) icmalında verilir. ACLED 1 dekabr 2024 – 28 noyabr 2025 aralığında dünyada 204,605 zorakı hadisə qeydə alındığını və bu hadisələrin “konservativ” hesabla 240,000-dən çox ölümə səbəb olduğunu bildirir.

Bu göstərici 2025-ci ildə müharibə və siyasi zorakılıq nəticəsində birbaşa insan itkisinin miqyasını anlamaq üçün ən praktik “qlobal hesabat”lardan biridir: 12 aylıq dövrdə 240 mindən çox insan itkisi deməkdir.

2025-ci ildə mülki şəxslərin həlak olduğu ərazilər

Ukrayna: 2025-ci ilin ilk 11 ayında 2,311 mülki ölüm faktı təsdiqlənib.

Qəzza: 2025-də davam edən yüksək ölüm yükü və mülki struktur

Beynəlxalq təşkilatların hesabatına görə, Qəzzaya giriş məhdudiyyəti olduğu üçün bu barədə dəqiq məlumatlar verilmir. Sadəcə qeyd edilir ki, 2025-ci il payız ayına qədər müddətdə münaqişələrin daha çox şəhər mühiti və mülki məkanlara keçdiyini müşahidə edirik və nəticədə mülki şəxslərin itkilərinin və strukturun risk kimi artdığı məlumdur.

Sosial media və KİV bu rəqəmləri necə formalaşdırır? (və niyə ehtiyat lazımdır)

Bununla yanaşı etibarlı beynəlxalq təşkilatlar elan edirlər ki, sosial mediada qəsdən saxta görüntülər, köhnə videolar yeni kimi yayılır. Onlar montaj edilir, tərəflərin məqsədli manipulyasiyası davam edir. Buna görə, ən doğrusu budur ki, sosial media məlumatını “fakt” kimi yox, yoxlamaya ehtiyacı olan siqnal kimi götürmək olar.

Xatırladaq ki, mülki qurbanların qlobal faizini “dəqiq yekun” kimi demək üçün məlumatlar natamamdır; ancaq ölkə üzrə təsdiqlənmiş mülki itkilər çox yüksəkdir. Məsələn, Ukraynada 2025-ci il yanvar–noyabrda 2,311 mülki ölüm təsdiqlənib. Qəzza üzrə 2025-ci il boyunca hesabatlarda yeniləmələr davam edir. Dəqiq rəqəm göstərilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri