Icma.az
close
up
RU
2025 ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? RƏSMİ AÇIQLAMA VİDEO

2025 ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? RƏSMİ AÇIQLAMA VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 28-də “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masa keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev, "Bakı Metropoliten"in departament rəisi Nərgiz Mustafayeva, sahə üzrə ekspertlər və media nümayəndələri iştirak edib.

Tədbiri nazir müavini Rəhman Hümmətov açıb. Çıxışı zamanı o bildirib ki, bu gün bəzi ərazilərdə hələ də parklanmaya görə qanunsuz ödəniş tələb edilir:

“Bakıda qanunsuz parklanma halları ilə mübarizə tədbirləri genişləndirilir, bu sahədə nəzarət mexanizmləri daha da sərtləşdirilir. Şəhərdə parklanmanın düzgün təşkil edilməsi və yalnız qanuni dayanacaqlardan istifadə əsas prioritetlərdəndir.

Qeyri-rəsmi şəkildə parklanma yerlərinin təşkil edilməsi və sürücülərdən yerindəcə pul yığılması qanun pozuntusu hesab olunur. Nağd şəkildə həyata keçirilən parklanma ödənişləri qanunsuzdur. Parklanma yalnız rəsmi sistem üzərindən aparılmalıdır", – deyə nazir müavini vurğulayıb.

R.Hümmətov qeyd edib ki, bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib, müvafiq qurumlarla birgə monitorinqlər aparılır və qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı inzibati tədbirlər görülür.

Daha sonra 2025-ci il ərzində görülən işlərlə bağlı çıxış edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev qeyd edib ki, Azərbaycanda mikromobillik zolağının uzunluğu ilə bağlı hədəf 100 kilometrdir:

“Hazırda mikromobillik zolağının uzunluğu 60,3 kilometr təşkil edir: "Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturu genişlənir. Görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib. İcarəyə verilən skuter sayı 4 900, velosiped sayı 2 200-dür. 2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12 % təşkil edir”.

Sədr onu da əlavə edib ki, skuterlərin düzgün parklanmaması çərçivəsində işlər görülür. Növbəti mərhələdə yeni “E-skuter” proqramının istifadəyə verilməsi planlaşdırılır.

Jurnalistin sualını cavablayan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini Arif Ağayev vurğulayıb ki, Qəbələ istiqamətində qatarların həftə sonu gedişləri ilə bağlı konkret qrafik mövcuddur:

“Bu gedişlərin həftə olmasının səbəbi simulyasiyalar və ehtiyaclardır. Lakin yeni açılan Gəncə-Qəbələ, hansı ki, gündəlik fəaliyyətdədir, Bakı-Qazax istiqamətində gedən reysdən Ləki və Yevlax istiqamətində keçid edib gündəlik olaraq Qəbələyə getmək də mümkündür. Bildiyiniz kimi, beynəlxalq təcrübədə də bu avr və reyslər məntəqələr üzrə birbaşa olmaya da bilər, müxtəlif keçidlərdən də istifadə etmək olar, biz də ona doğru gedirik”.

Tədbir daha sonra ekspertlərin və media nümayəndələrinin sualları ilə davam edirb.

Səfər

Oxunub 24

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Yanvar 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri