Icma.az
close
up
RU
2025 ci ilə damğa vuracaq inqilabi texnologiyalar

2025 ci ilə damğa vuracaq inqilabi texnologiyalar

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“MIT Technology Review” 2025-ci ildə izlənilməsi vacib olan və gələcək illərə ciddi təsir edəcəyi proqnozlaşdırılan ən mühüm texnologiyaları müəyyənləşdirib.

AzPost Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni ilə qədəm qoyduğumuz qısa müddət ərzində artıq bir sıra təsiredici texnoloji yeniliklərlə qarşılaşmışıq. Şübhəsiz ki, ilin qalan hissəsində daha çox inkişaf baş verəcək.

MIT 2025-ci ildə diqqət çəkəcək inqilabi texnologiyaların siyahısını təqdim edib. Bu texnologiyaların yalnız cari ildə deyil, qarşıdakı onilliklərdə də dünyamıza böyük təsir göstərəcəyi gözlənilir. Siyahıda ən çox diqqət çəkənlər bunlardır:

Vera C. Rubin Rəsədxanası

Çilidə yerləşən güclü teleskop 2025-ci ildən etibarən cənub səmasını 10 il boyunca araşdırmağa başlayacaq. Bu teleskop astronomlara qaranlıq maddəni öyrənmək, Süd Yolu qalaktikasını daha dərindən araşdırmaq və kainat haqqında yeni biliklər əldə etmək imkanı verəcək.

Məhsuldar süni intellekt axtarışları

Son aylarda süni intellekt sahəsində inanılmaz irəliləyişlər baş verib. Xüsusilə “DeepSeek”in ani uğuru, süni intellektin potensialının hələ başlanğıc mərhələsində olduğunu göstərir. MIT də bu fikirlə razıdır və 2025-ci ildə ən mühüm texnoloji sıçrayışlardan birinin üretken süni intellekt axtarışları olacağını bildirir.

Kiçik dil modelləri

Süni intellekt sektorda dominant mövqeyini qorumağa davam edərkən, kiçik dil modelləri bu texnologiyanı adi istifadəçilər üçün daha əlçatan edəcək. Daha böyük və bahalı modellərlə rəqabət apara bilən bu nisbətən az xərc tələb edən sistemlər (məsələn, “OpenAI o3-mini”) 2025-ci ildə necə inkişaf edəcəyi ilə böyük maraq doğurur.

Robotaksi

MIT illərdir davam edən sınaqlardan sonra 2025-ci ildə robotaksilərin geniş yayılacaq texnologiyalardan biri olacağını düşünür. Məsələn, “Waymo” bu həftə avtonom sürüş texnologiyasını bu il 10 yeni şəhərdə sınaqdan keçirəcəyini açıqlayıb.

Sürətlə öyrənən robotlar

“Foxconn” fabriklərində istehsalı artırmaq üçün insanabənzər robotlardan istifadə etməyi planlaşdırır. MIT hesab edir ki, süni intellektdəki irəliləyişlər bu texnologiyanın inkişafı üçün həlledici rol oynayacaq. Bu robotlar yeni mühitlərə uyğunlaşaraq qısa müddətdə müxtəlif tapşırıqları yerinə yetirə biləcək.

Effektiv kök hüceyrə müalicələri

2025-ci ildə diqqət yetirilməli olan başqa bir texnoloji sıçrayış isə effektiv kök hüceyrə müalicələri ola bilər. MIT-nin qeyd etdiyi kimi, laboratoriyada istehsal olunan hüceyrələrin təcrübəvi transplantasiyası artıq epilepsiya və 1-ci tip şəkərli diabetin müalicəsində ümidverici nəticələr göstərir.

   

“TikTok”da izləyin  

  

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri