2025 ci ilin ən bəxtsiz turistləri açıqlandı İlginc hadisələr
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Pis hava, reysin gecikməsi və ya smartfonun itməsi xarici səfərdən alınan təəssüratı poza bilər. Lakin bəzi turistlərin payına digərlərinə nisbətən daha çox uğursuzluq düşür.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, “Independent” nəşrinin yazdığına görə, yaxınlarda ən uğursuz tətilə görə keçirilən müsabiqənin qalibləri açıqlanıb.
“Dünyanın ən bədbəxt səyyahı” adlı müsabiqə hər il səyahət sığortası üzrə ixtisaslaşan “Travel Guard” sığorta şirkəti tərəfindən keçirilir.
Daniel B. adlı kişi dostları ilə dağlara səfəri zamanı marşrutun çətinliyini səhv qiymətləndirdiyinə görə özünü gülünc vəziyyətə salıb. Məktəb məzunlarının görüşü çərçivəsində o, iki köhnə dostu ilə birlikdə Los-Ancelesin şimalında yerləşən Vaskes qayalıqlarını “araşdırmaq” qərarına gəlib.
“Onu bir vaxtlar turizm bələdçisində gördüyümü zəif xatırlayırdım, amma üzərində ciddi düşünməmişdim. Gözümün önünə səhrada bir neçə sadə qaya gəlirdi. Heç nə qorxulu deyildi. Sadəcə dostlarımla istirahət etmək istəyirdim”, deyə Daniel sonradan xatırlayıb.
O, məkana isti havada gəzinti üçün uyğun olan futbolka, şort və şlapançalarla gəlib. Halbuki dostları qayalara dırmaşmaq üçün xüsusi geyim və ayaqqabı seçmişdilər.
“Əvvəlcə dözdüm. Amma qayalar dikləşdikcə hündürlük qorxum artdı. Donub qaldım. Üstümdə oturan dostlarım özündən razı dağ keçiləri kimi qələbə təbəssümü ilə baxırdılar. Mən təslim oldum. Sonra əsl sınaq başladı: aşağı enmək. Başımın üzərində qriflər dövrə vurmağa başladı. Dostlarım gülməkdən dayana bilmirdilər. Mən onlara əsəbiləşmişdim, amma özümə daha çox hirslənirdim”, deyə səyyah danışıb.
Nəticədə Daniel dik yamacın bir hissəsini oturaq vəziyyətdə sürüşərək aşağı enə bilib.
Kanadalı Rayan P. snoubord sürmək üçün Avstriyaya yollanıb. O, bu tətili “həyatının səyahəti” kimi təsəvvür edirmiş. Lakin hər şey xizək trasında ilk günün özündə alt-üst olub.
“Yamaclarda ilk günümüzün başlamasından iki saat sonra səhv bir hərəkət etdim və qəfil kor bir uçuruma doğru arxası üstə sürüşdüyümü anladım. Uzun illər təcrübəm olsa da, bu yamac mənim üçün yad idi”, deyə o xatırlayır.
Uçuruma düşməmək üçün Rayan əllərini qara sancıb. Bu riskli hərəkət onu xilas etsə də, ağır nəticələrə səbəb olub.
“Əlcəklərimi çıxaranda hər şey aydın oldu. Biləyim deformasiyaya uğramışdı. Elə bil onu Pikasso yığmışdı”, deyə kişi bildirib.
Rayan helikopterlə xəstəxanaya çatdırılıb və həkimlər biləyin mürəkkəb sınığını təsdiqləyiblər. Sonrakı bir neçə günü ağrıkəsicilərlə keçirən kanadalı, xəstəxanadan çıxanda doğum gününün gəldiyini görüb.
“Bu, təsəvvür etdiyim bayram deyildi. Çıxış zamanı əlimdə hava limanındakı bütün detektorları işə sala biləcək qədər metal və bir otağı divar kağızı kimi örtməyə yetəcək qəbz kolleksiyası var idi”, deyə o əlavə edib.
Birinci yer və 10 min dollar mükafat Lloyd L. adlı kişiyə verilib. O, bu il nəhayət Romaya səfər planlaşdıraraq Müqəddəs Pyotr meydanında Papa ilə “ümumi audiensiya”da iştirak etmək istəyib. Bu formatda Pontifik hər həftə minlərlə möminlə görüşür.
Lloyd bu səfəri aylarla gözləyib və Papanın görüşünü həyatının ən önəmli hadisələrindən biri adlandırıb. Onun sözlərinə görə, günəşli hava, hörmət dolu sükut, bəlkə də sevinc göz yaşları təsəvvür edirmiş. Lakin uzun sürən yağış hər şeyi korlayıb.
“Oteldən çıxan kimi yağış başladı. Gün doğmamış yola düşmüşdük, Müqəddəs Pyotr meydanına çatanda yemək üçün meyvə və şirniyyat götürmüşdük. Ora çatana qədər paket su içində qaldı və pinata kimi cırılaraq bütün yeməyi daş döşəməyə səpələdi”, deyə Lloyd xatırlayır.
Bu isə ən pisi olmayıb. Meydan zəvvarlarla dolu olub və onların çoxu çətir tutduğundan Papanı görmək çətinləşib.
“Həmin anda mən islanmış, üşümüş və ac idim, hər şeyin bitməsini və oradan gedə bilməyi səbirsizliklə gözləyirdim”, deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Yanvar 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















