Icma.az
close
up
RU
2025 ci ilin ilk Ay tutulmasının vaxtı AÇIQLANDI

2025 ci ilin ilk Ay tutulmasının vaxtı AÇIQLANDI

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu, tam Ay tutulması olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.

Tam tutulma zamanı Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Tam tutulma hadisəsi zamanı, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür.

Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpidiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Belə tutulmanı "Qanlı Ay" tutulması da adlandırırlar. Tutulma zamanı Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.

Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri