Icma.az
close
up
RU
2025 ci ilin Milli İnternet Mükafatının qalibləri açıqlanıb

2025 ci ilin Milli İnternet Mükafatının qalibləri açıqlanıb

Icma.az, 525.az saytına istinadən bildirir.

15 dekabr tarixdə Park İnn Hotelində Milli İnternet Mükafatı - MilliNet 2025  müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. 

525.az Xeberler.az-a istinadən xəbər verir ki, tədbirdə  MilliNet Təşkilat Komitəsinin rəhbəri,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, MilliNet 2025-də 13 Nominasiya üzrə 179 rəqəmsal resursun müsabiqəyə təqdim olunduğunu bildirib. Peşəkarlardan ibarət olmaqla formalaşdırılan 15 nəfərlik  Münsiflər Heyətindən 13-nün yekun səsvermədə iştirak etdiyini bildirib. Münsiflər Heyətini 2-ci səsvermə prosesində 63 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.

Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, sponsorlara və tərəfdaşalara, MilliNet münsiflərinə minnətdarlığını bildirib.

O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasiminin açılışında RİNN tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin  İdarə Heyətinin sədri Nail Mərdanov çıxış edərək son zamanlar ölkədə rəqəmsal transformasiya və internetin inkişafı istiqamətində atılan addımlara diqqət yönəldib. O, internetin inkişafı ilə bağlı atılan addımların RİNN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.

Təqdimat mərasimində  sponsorlar adından çıxış edən Lenovo Azərbaycan şirkətinin Baş direktoru Rasim Bəxşi  MilliNet müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Lenovo şirkətinin gələcəkdə də texnologiyaların və internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib. 

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Milli İnternet Mükafatları, diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib.

MilliNet 2025 qalibləri, 2-cü və 3-cü yerləri tutanlarla buradan tanış ola bilərsiniz.

Bu il ilk dəfə olaraq MilliNet-in xüsusi nominasiyası, “İlin Rəqəmsal Siması” nominasiyası üzrə də mükafatlar təqdim edilib. Bu Nominasiyaya 7 iddiaçı qatılıb. Nominasiyanın qalibi ölkədə rəqəmsal transformasiya sahəsində verdiyi töhfələr nəzərə alınmaqla  MilliNet Təşkliat Komitəsi tərəfindən müəyyən olunub.

Ölkədə rəqəmsal transformasiyaya, dövlər xidmətlərinin rəqəmsallaşdırılması və digər dövlət sistemlərinə inteqrasiyası istiqamətində verdiyi xüsusi töhfəyə görə Ədliyyə Nazirliyinin Rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanov “İlin Rəqəmsal Siması” seçilərək Milli İnternet Mükafatını qazanıb.

Mükafatların təqdim edilməsində İKT Agentliyin rəhbəri Nail Mərdanov, İRİA-nın İdarə heyərinin sədr müavini Rəşad Xalıqov, AzTU-nun rektoru Vilayət Vəliyev, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, BMU-nun rektoru Yaqub Piriyev, CityNet şirkətinin rəsmisi Səttar Əliyev, MilliNet münsifi və BDU-nun müəllimi Anzulə Pərvizqızı, DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Davud Rüstəmov, Mətbuat Şurasının sədri Rəşad Məcid, AzİnTelecom şirkətinin department rəhbəri Fərrux Fərəcullayev,  CASPEL şirkətinin direktoru Ceyhun Quliyev, ETN İnformasiya Sistemləri İnstitutunun direktoru, akademik Əli Abbasov, Xüsusi Rabitə və İnfromasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov  və İnternet ictimaiyyətinin, texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun digər nümayəndələri iştirak edib.

Onlar çıxış edərək MilliNet-in Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. 

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Qaliblərə və fərqlənənlərə Lenovo və CityNet şirkətinin hədiyyələri təqdim olunub.

Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

Gold sponsorlar AzİnTelecom, Lenovo, və Caspel şirkətləridir.

Sponsorlar B&B SECURITY, KATV1, Alas Academy, ULTRA

Technologies və Azərbaycan Texniki Universitetidir.

YODA, Mediatrends, NUKHALI və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları Technote Media, Xəbərlər.az və Techzone media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri